Bankir seyfdəki pullarının sayını açıqladı

Bir müddətdir internetdə anonsları verilən “Bankirlə müsahibə” layihəsinin ilk müsahibi auditoriyanın “sınağından” keçib.
16.11.2015

Yeni strategiyasının əsas dəyərlərindən biri kimi şəffaflıq prinsipini əsas tutan Kapital Bankın rəhbərliyi “Birbaşa, baş-başa” şüarı ilə keçirilən layihə çərçivəsində vaxtaşırı olaraq Bankın feysbuk səhifəsində müştərilərlə onlayn interaktiv müsahibələr həyata keçirməyə başlayıb. Layihənin unikallığı ondan ibarətdir ki, Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq müştərilərin sorğuları birbaşa Bankın rəhbərliyi tərəfindən sosial şəbəkələr vasitəsilə cavablandırılıb. Artıq layihənin ilk qonağı kimi Kapital Bankın Satış Kanalları Departamentinin direktoru Vüsal Nağıyev marafona start verməklə gün ərzində həm şəxsi karyerası, həm də bank xidmətləri və məhsulları ilə bağlı Kapital Bankın rəsmi feysbuk səhifəsinin suallarını cavablandırıb. Gün ərzində 300-dək sualı cavablandıran bankir hətta otağındakı seyfdə olan pulların sayını soruşan istifadəçini belə cavabsız qoymayıb.

İlk müsahibə ümumilikdə 25000 istifadəçi tərəfindən izlənilmiş və 1000 nəfərədək iştirakçı cəlb etmişdir. Bu göstəriciyə görə də layihə 2015-ci ildə Azərbaycanın feysbuk məkanında həyata keçirilmiş ən uğurlu layihələrdən biri hesab olunur.

“Bankirlə müsahibə”nin növbəti qonaqlarını Kapital Bankın rəsmi feysbuk səhifəsindən izləyin.