Xəzri

Kapital Bankın Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi 2007-ci ildə yaradılıb.

Pul köçürmək üçün nə etməliyəm ?

Siyahıya qayıt

Ümumi məlumat

Kapital Bankın Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi 2007-ci ildə yaradılıb. Xəzri Bankda hesab açmadan fiziki şəxslər arasında beynəlxalq sürətli pul köçürmələrinin aparılmasını təmin edir. Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.

Bilmək məsləhətdir

  • Əhatə dairəsi: 5 MDB ölkəsi
  • Xidmət məntəqələri: 3500-dən artıq
  • Köçürmənin müddəti: 5 dəqiqə

Üstünlüklər

  • Aşağı komissiya haqqı
  • Köçürmənin çox qısa, cəmi 5 dəqiqə ərzində yerinə yetirilməsi
  • Pulsuz SMS – xəbərdarlıq xidməti
  • Azərbaycan Manatı, ABŞ Dolları və Avro ilə köçürmə etmək imkanı
  • Müştərilərə fasiləsiz xidmət dəstəyi
  • Bir əməliyyat limiti 20000 USD/EUR/AZN - olmaqla köçürmə etmək imkanı
  • ATM vasitəsilə 1000AZN-dək ölkədaxili köçürülən məbləğin alınması imkanı

Bankomat vasitəsilə Xəzri pul köçürməsi üzrə pulun alınması

  • Kapital Bankın Bankomatında sağ yuxarı düyməyə klik edilir
  • Menyuda “Xəzri” bölməsini seçilir
  • Açılan pəncərədə köçürmənin 12 rəqəmli kodu qeyd olunur
  • Vəsait alan öz mobil nömrəsini daxil edir. Vəsait alanın mobil nömrəsi (+994) ölkənin koduna aid olmalıdır.
  • Vəsait alanın mobil nömrəsi təkrarən daxil edilir
  • Köçürmənin kodu və mobil nömrə düz olduğu təqdirdə, daxil edilən nömrəyə SMS ilə altı rəqəmli kod göndərilir. Kodu daxil etmək üçün ATM menyusunda “davam et” düyməsi basılır.
  • SMS-də qeyd olunan altı rəqəmli kod daxil edilir və “davam et “düyməsi basılır
  • Köçürmənin məbləği daxil edilir və “davam et” düyməsi basılır.
  • Daxil edilən kod və köçürmə məbləği düz olduğu təqdirdə ATM vəsait alana köçürmə məbləğini verir.

Tariflər

  • Azərbaycan daxilində köçürülən məbləğin 0.8%-i (minimum 1 AZN/USD, maksimum 30 AZN/USD);
  • Azərbaycandan Rusiya köçürülən məbləğin 1.5%-i (minimum 2 USD/EUR);
  • Azərbaycandan Ukrayna, Tacikistana və Gürcüstana köçürülən məbləğin 1%-i (minimum 2 USD/EUR);
  • Tacikistandan, Ukraynadan və Gürcüstandan Azərbaycana köçürülən məbləğin 1%-i (minimum 2 USD/EUR);
  • Rusiyadan Azərbaycana köçürülən məbləğin 1.5%-i (minimum 2 USD/EUR);

Qeyd: tarif üzrə köçürülən məbləğin 0.8%-i 1AZN/USD/EUR-dan yuxarı olarsa və xidmət haqqında əlavə qəpik olarsa, bu zaman xidmət haqqı yuxarıya doğru yuvarlaqlaşdırılır.

FAQ