Regionlarda sosial ipoteka
Bu kredit regionlarda yaşayan və ya işləyən əhalinin daşınmaz əmlak əldə etməsi üçün yaradılmış sosial ipoteka kreditidir. Bakı, Abşeron, Sumqayıt zonası istisna olmaqla ölkə ərazisində bu kreditdən yararlanmaq mümkündür.

Maksimal məbləğ
20 000 AZN
Minimal və maksimal müddət
36 - 240 ay
Komissiya
0%
İlkin ödəniş
10%
Şərtlər
• Müştərinin iş yeri regionda olmalıdır.
• Müştərinin əmək müqaviləsi üzrə rəsmi gəliri olmalıdır.
• İllik faiz dərəcəsi 6% müəyyən olunub.
• İpoteka zonasında Bakı, Abşeron, Sumqayıt ərazi vahidləri istisnadır.
• Kredit minimum 18 maksimum 35 yaş həddində müştərilər üçün nəzərdə tutulub.
• Mənzilin dəyəri maksimum 60 000 AZN olmalıdır.
• Mənzilin sahəsi maksimum 100 kv. m.(çıxarış üzrə ümumi sahə nəzərə alınır) olmalıdır.
• Yaşayış minimumu hər ailə üzvü üçün 50 AZN nəzərdə tutulub.
• Cari günə gecikmə olmamalı və son bir il ərzində istənilən kredit öhdəliyi üzrə (bağlı və ya aktiv) birdəfəlik 90 gündən çox (MKR-də 90+) gecikmə olmamalıdır.
• İpoteka krediti üzrə aylıq ödəniş aylıq xalis gəlirin 70%-dək hesablanır.
• Cəmi kredit ödənişlərinin və digər xərclərin məbləği aylıq xalis gəlirin 100%-dək hesablanır.
• Mənzilin qiymətləndirilməsi Kapital Bank ASC tərəfindən daxili qiymətləndirilmə ilə həyata keçirilir.
Digər xərclər
• Əsas və əlavə gəlirdən tutulmalar (gəlir vergisi, sosial sığorta və s.);
• İpoteka predmetinin sığortası üzrə ödənişlər;
• Borcalanların həyat sığortası üzrə ödənişlər;
• Mülkiyyətində olan/olacaq yaşayış sahəsi ilə bağlı xərclər (texniki xidmət, kommunal xidmətlər və s.);
• Ailə üzvlərinin və himayəsində olanların saxlanılması xərcləri (Ailə üzvləri dedikdə müştərinin özü də sayda nəzərə alınmalıdır)
• Digər öhdəlik üzrə ödənişlər, alimentlər, zaminlik öhdəliyi və s.
İpoteka krediti sifarişi.
İpoteka sifarişi üçün formanı doldurun
Şəxsi məlumat
Şəxsiyyət vəsiqəsi
Rəsmiləşdirmə
İpoteka kalkulyatoru
İpoteka krediti hesablanması
Regionlarda sosial ipoteka kreditini necə əldə edə bilərəm?