İpoteka krediti

Kapital Bank İpoteka kreditləri ilə arzuladığınız mənzili və ya evi almaq üçün müraciət edin.

İpoteka kreditini necə əldə edə bilərəm?

Siyahıya qayıt

Ümumi məlumat

 

Bilmək məsləhətdir

  • Maksimal məbləğ - 150 000 AZN
  • Maksimal müddət - 30 il

 

Şərtlər

Şərtlər Adi ipoteka kreditləri Güzəştli ipoteka kreditləri
Maksimal məbləğ 150 000 AZN 100 000 AZN
Maksimal illik faiz dərəcəsi 8% 4%
Maksimal müddət 25 il 30 il
İlkin ödəniş 30% 30%

Sənədlər

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

  1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.
  3. Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
  4. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı
  5. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
  6. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
  7. İpoteka predmetinin qiymətləndirmə aktının əsli tam şəkildə
  8. Borcalanın DSMF və əmək haqqı kartının yalnız üz hissəsinin surəti
  9. Borcalanın (borcalanların) iş yeri özəl müəssisə olduqda borcalanın (borcalanların) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış (B3 forma özəl müəssisə tərəfindən təsdiqlənmiş) və özəl müəssisənin son 1 ilinin vergi bəyanaməsi (Müvafiq vergi orqanının təsdiqilə)

İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

  1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun surəti notarial təsdiqlə (tələb olunduqda)
  2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənədin surəti. (Qərardan sonra lazım olacaq Forma 1)
  3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayışın surəti. Forma 2
  4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti. (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
  5. Satıcının özünün və yoldaşının şəxsiyyət vəsiqəsinin surəti notarial təsdiqlə
  6. Satıcının nigah şəhadətnaməsinin surəti notarial təsdiqlə
  7. Satıcının özünün və yoldaşının doğum şəhadətnamələrinin surəti notarial təsdiqlənmiş surəti

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər

  1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  2. Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  3. Vəsaitin satıcıya çatdırılmasını təstiq edən sənədin surəti.

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

İstifadə qaydaları

Güzəştli ipoteka kreditlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
    • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
    • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
    • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
    • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
    • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
    • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
    • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən,  o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

FAQ