MİDA - İpoteka krediti

İpoteka kreditləri ilə arzuladığınız mənzili və ya evi almaq üçün müraciət edin.

İpoteka kreditini necə əldə edə bilərəm?

Siyahıya qayıt

Ümumi məlumat

 

Bilmək məsləhətdir

  • Maksimal məbləğ - 100 000 AZN
  • Maksimal müddət - 30 il

Şərtlər

Şərtlər Güzəştli ipoteka kreditləri
Maksimal məbləğ 100 000 AZN
Maksimal illik faiz dərəcəsi 4%
Maksimal müddət 30 il
İlkin ödəniş 10%

Sənədlər

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

  1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  2. Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.
  3. Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi
  4. Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
  5. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı (ASAN xidmətdən).
  6. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
  7. Borcalanın (borcalanların) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
  8. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
  9. İpoteka predmetinin qiymətləndirmə aktının əsli

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
  3. Vergi orqanları tərəfindən son 24 ay ərzində maliyyə göstəriciləri haqqında arayış

İstifadə qaydaları

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsi ilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:

  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
    • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
    • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
    • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
    • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
    • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
    • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
    • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

FAQ