Dövlət (AİKZF) ipotekası
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditini əldə etmək üçün İçərişəhər, Cəfər Cabbarlı, İnşaatçılar, 28 May, Qara Qarayev, Qubadlı, Gəncə və Naxçıvan filiallarına müraciət edə bilərsiniz.

Maksimal məbləğ
150 000 AZN
Maksimal müddət
30 il
Sənədlər
1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
2. Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)
3. Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
4. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı
5. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
6. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
7. Borcalanın DSMF və əmək haqqı kartının yalnız üz hissəsinin surəti
8. Borcalanın (borcalanların) iş yeri özəl müəssisə olduqda borcalanın (borcalanların) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış (B3 forma özəl müəssisə tərəfindən təsdiqlənmiş) və özəl müəssisənin son 1 ilinin vergi bəyannaməsi (Müvafiq vergi orqanının təsdiqilə)
9. Borcalanın (borcalanların) və həyat yoldaşının doğum şəhadətnamələri surəti.
1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun surəti notarial təsdiqlə (tələb olunduqda)
2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd. (Qərardan sonra lazım olacaq Forma 1)
3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış. Forma 2
4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti. (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
5. Satıcının özünün və yoldaşının şəxsiyyət vəsiqəsinin surəti notarial təsdiqlə
6. Satıcının nikah şəhadətnaməsinin surəti notarial təsdiqlə. Subay olduğu halda subaylıq haqda arayış.
7. Satıcının özünün və yoldaşının doğum şəhadətnamələrinin surəti
8. Forma 2 də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin surəti notarial təsdiqlə
9. Borcalanın (borcalanların) həyat yoldaşının razılıq ərizəsi.
10. Qiymətləndirmə aktı
11. Yoxlama zamanı ehtiyac olduğu halda Bank tərəfindən əlavə sənədlər tələb edilə bilər.
1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Şərtlər
Şərtlər | Adi ipoteka kreditləri | Güzəştli ipoteka kreditləri |
---|---|---|
Maksimal məbləğ | 150 000 AZN | 100 000 AZN |
Maksimal illik faiz dərəcəsi | 8% | 4% |
Maksimal müddət | 25 il | 30 il |
İlkin ödəniş | 30%-dən başlayaraq | 30%-dən başlayaraq |
İpoteka kalkulyatoru
İpoteka krediti hesablanması
İpoteka kreditini necə əldə edə bilərəm?