Daşınmaz əmlak təminatlı kredit
Kredit - Daşınmaz əmlak təminat qoyularaq istehlak və digər məqsədlərə istifadə olunmasına görə nağd pul əldə edilməsi üçün verilir.
Daşınmaz əmlakın yerləşmə yerindən və kreditin müddətindən asılı olaraq kreditin məbləği təminatın 65%-dək hissəsini təşkil edir.

KREDİTİN MƏBLƏĞİ
20 000 AZN-dən 70 000 AZN-dək
KREDİTİN MÜDDƏTİ
7 ilədək
İLLİK FAİZ DƏRƏCƏSİ
20%-dən başlayaraq
Tələblər
• Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər.
• Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir.
• Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).
• Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur
• Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.
• Daşınmaz əmlak əmlak sığortası üzrə sığortalanacaq.
• İş stajı minimal 6 ay
• Yaş min-22, maks - 65 (kişi), 62 (qadın)
• Kredit həm Kapital Bankda əmək haqqı və pensiya kartı olanlara, həm də olmayanlara verilə bilər.
DAŞINMAZ ƏMLAK TƏMİNATLI KREDİTİ NECƏ ƏLDƏ EDƏ BİLƏRƏM?