Təcili kredit xətti
Əmək haqqı və ya təqaüdünüzü Kapital Bankdan alırsınızsa o zaman kartınıza təcili kredit xətti açdıra bilərsiniz.
Təcili krediti necə əldə edə bilərəm?
Ümumi məlumat
Əmək haqqı və ya təqaüdünüzü Kapital Bankdan alırsınızsa o zaman kartınıza təcili kredit xətti açdıra bilərsiniz. Açılan kredit xəttini istənilən vaxt nağdlaşdırıb istifadə edə bilərsiniz.
Bilmək məsləhətdir
- Nağdsız ödənişlər üzrə komissiya - 0%
- Kredit xəttinin müddəti - 24 ay
- Kredit xəttinin limiti - 50 AZN - 500 AZN
Kredit limitinin istifadə olunmuş hissəsinə illik 29% olmaqla gündəlik faiz hesablanır.
Tələblər
- Kredit xətti Kapital Bankdan maaş və təqaüd kartı olan şəxslərə açılır. Bununla yanaşı, kreditin verilib-verilməməsi ilə bağlı yekun qərar Kapital Bankın daxili qaydaları və müştərinin təhlili əsasında müəyyən olunur.
- Nağdlaşdırma komissiyası 1%-dir.
- Borc yarandığı tarixdən sonra 40 gün müddətində qalıq əsas borc tam olaraq ödənilmədikdə, kartın limiti avtomatik sıfırlaşdırılır və qalıq borc məbləğinə və ya ödənilməmiş hissəsinə gündəlik 0,2% cərimə hesablanır.
- Yaş həddi 18-70-dir.
- Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur.
Sənədlər
- Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi
FAQ
- Kapital Bank-da hansı kredit məhsullarından istifadə etmək olar?
Bankımız müştərilərə aşağıdakı kredit məhsullarını təklif edir:
- “Gündəlik tələbat” nağd pul krediti
- Xarici valyuta təminatlı kredit
- “Təcili kredit xətti” overdraft məhsulu
- “BirKart - hamısı bir kartda" kart məhsulu
- Əmanətə bağlı kredit
- Gündəlik tələbat istehlak krediti
- Kart sahibi olmayan müştərilərə istehlak krediti
- Təklif edilən kredit məhsullarından kimlər faydalana bilər?
Təklif edilən məhsullardan maaş və ya pensiya kartı Kapital Bankda olan şəxslər faydalana bilər.
*Kapital Bankdan kredit almaq üçün müştərinin Kapital Bankın maaş və ya pensiya kartına sahib olması zəruri şərtdir. Bununla yanaşı, kreditin verilib-verilməməsi ilə bağlı yekun qərar Kapital Bankın daxili qaydaları və müştərinin təhlili əsasında müəyyən olunur
- Kredit əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?
Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsini təqdim etmək kifayətdir.
- Hansı hallarda zamin tələb edilə bilər? Kredit məbləğindən, müştərinin iş yeri və yaşından asılı olaraq, həmçinin kredit mütəxəssisinin şəxsi mülahizəsi əsasında müəyyən hallarda zamin tələb edilə bilər.Hələ də sualınız var? Məsləhətçidən soruşun.
- BirKart barədə ətraflı məlumatı necə əldə etmək olar?
BirKart taksit kartı barədə daha ətraflı məlumat www.BirKart.az veb saytına daxil olmaqla əldə edilə bilər.
- Kredit ödənişini necə həyata keçirmək olar?
- Bankımızın filiallarında Kapital Bank ödəniş terminalları vasitəsilə
- Bankımızın filiallarında nağd ödəməklə
- pay.kapitalbank.az saytı vasitəsilə
- eManat ödəniş terminalları vasitəsilə
- MilliÖn ödəniş terminalları vasitəsilə
- hesab.az saytı vasitəsilə
- e-pul.az saytı vasitəsilə
- kassam.az saytı vasitəsilə
- CİB mobil tətbiqi vasitəsilə