Birlik klubu

Kapital Bank Gündəlik Tələbat Krediti alan müştəriləri Birlik Klubuna dəvət edir və onlara xüsusi endirim kartları verir.


Ümumi məlumat

Kapital Bank istehlak krediti alan müştərilərini Birlik Klubuna dəvət edir və onlara xüsusi endirim kartları verir. Birlik klubu kartını əldə edən müştərilər kredit rəsmiləşdirilməsi zamanı müxtəlif faiz endirimlərindən yararlanacaq.

Özəlliklər

  • Kartların müddəti 120 aydır;
  • Kartın qiyməti - 5 AZN;
  • Kartlar lokal kartlardır və yalnız Kapital Bankın ATM və POS-larında keçərlidir;

     Kartın növü Gümüş Qızıl Platin
    Kimlərə verilir? minimum 2 dəfə kredit götürənlərə 3 və daha çox kredit götürənlərə 5-dən çox kredit götürənlərə
    Kredit ödənişləri üzrə əsas borcdan karta köçürülən faiz 0.1% 0.2% 0.3%
    Kredit komissiyasına güzəşt (komissiya məbləğindən) 10% 15% 20%
    Kredit götürərkən illik faiz dərəcəsinə güzəşt 0.5%  1%  1.5%
    "Gündəlik tələbat krediti" üzrə kredit müddətinə əlavə 2 ay 4 ay 6 ay

    Qeyd: Yalnız aktiv gecikən kredit müqaviləsi olmayan müştərilər Birlik Klubuna üzv ola bilər.