Birlik loyallıq klubu

Sadiq kredit müştərilərimiz üçün “Birlik Klubu” loyallıq layihəsini təqdim edirik. Birlik Klubu kartını əldə edən təkrar müştərilərimiz kredit rəsmiləşdirilməsi zamanı müxtəlif faiz endirimlərindən yararlana bilərlər.


Ümumi məlumat

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur.  Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür.

Özəlliklər

  • Kartların müddəti 120 aydır;
  • Kartın qiyməti - 5 AZN;
  • Kartlar lokal kartlardır və yalnız Kapital Bankın ATM və POS-larında keçərlidir;

     Kartın növü Gümüş Qızıl Platin
    Kimlərə verilir? minimum 2 dəfə kredit götürənlərə 3 və daha çox kredit götürənlərə 5-dən çox kredit götürənlərə
    Kredit ödənişləri üzrə əsas borcdan karta köçürülən faiz 0.1% 0.2% 0.3%
    Kredit komissiyasına güzəşt (komissiya məbləğindən) 10% 15% 20%
    Kredit götürərkən illik faiz dərəcəsinə güzəşt 0.5%  1%  1.5%
    "Gündəlik tələbat krediti" üzrə kredit müddətinə əlavə 2 ay 4 ay 6 ay

    Qeyd: Yalnız aktiv gecikən kredit müqaviləsi olmayan müştərilər Birlik Klubuna üzv ola bilər.

FAQ