İnternet və mobil bankçılıq

Tam yenilənmiş İnternet və Mobil Bank xidmətlərimizlə hesablar, kartlar, kredit və depozitlərinizi idarə etmək daha da asanlaşdı.

iOS

android

internet bank

Ümumi məlumat

Yeni Kapital Bank tətbiqi ilə artıq bir çox bank əməliyyatlarınızı bir hesabdan idarə edə bilərsiniz. Yenilənmiş tətbiqdə bu funksiyalardan istifadə edə bilərsiniz:

  • Sadəcə kart məlumatlarınızı daxil etməklə 3 dəqiqə ərzində onlayn qediyyat
  • Barmaq izi ilə daxil olmaq
  • Kreditlərinizi izləmək, aylıq ödənişlərinizi etmək
  • Depozitlərinizi idarə etmək, gündəlik hesablanan faizlərə nəzarət etmək
  • Kartlarınızın balansına baxmaq, çıxarış əldə etmək, limitlər təyin etmək və ehtiyac olduqda kartı blok etmək
  • Virtual kart sifarişi
  • Hesablarınıza nəzarət, çıxarış əldə etmək və hesablar üzrə bütün əməliyyatların həyata keçirilməsi
  • Kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək, şablonlar əlavə etmək və avtomatik ödənişləri aktivləşdirməklə bütün ödənişləri vaxtında həyata keçirmək
  • Ödənişlərinizin tarixçəsini izləmək
  • Hesablarınız arasında, digər şəxsin hesabına, öz kartınıza və digər kartlara köçürmələr etmək, şablonlar yaratmaq və şablonlar əsasında bir anda köçürmələr etmək
  • Köçürmələrinizin tarixçəsini izləmək
  • Yaxınlıqdakı Kapital Bank ATM və filiallarının xəritə üzərində göstərilməsi
  • Valyuta məzənnələrini izləmək
  • Şəxsi profilinizə şəkil əlavə etmək

 

Qoşulma qaydası

İnternet/Mobil Bankçılığa onlayn qeydiyyatdan keçmək üçün:

  • www.e-kapitalbank.az saytına daxil olursunuz
  • İstifadəçi adı - bu bölmədə Siz özünüz üçün istifadəçi adı təyin edirsiniz. Məsləhət görürük ki, istifadəçi adınızı bir qədər mürəkkəb təyin edəsiniz
  • Kapital Bank kart nömrəsi - bu bölmədə Kapital bank plastik kartının üzərindəki 16 rəqəmi qeyd olunmalıdır.
  • Kartın PİN kodu - bu bölməyə kartınızın 4 rəqəmli PİN kodu daxil edilməlidir
  • Kartın bitmə tarixi - daxil edilən kartın bitmə tarixi qeyd olunmalıdır.
  • Mobil nömrə - çox vacibdir ki, mobil nömrəniz daim istifadə etdiyiniz nömrə olsun və 994XXXXXXXXX formatında daxil edilsin.
  • Gizli söz - özünüz üçün gizli söz təyin edirsiniz
  • Doğum tarixi - öz doğum tarixini göstərilən formatda daxil edirsiniz. (gün.ay.il)

İstifadə qaydası

Əldə etdiyiniz istifadəçi adı və şifrəni tələb olunan xanalara daxil edin. Daxil ol düyməsini sıxdıqdan sonra:

  • Əgər siz filiala yaxınlaşıb istifadəçi adı və şifrə əldə etmisinizsə sistem təsdiq üçün növbəti mərhələdə sizdən Gizli sözün sayca hər hansı hərfini tələb edəcək.
  • Əgər siz onlayn qeydiyyatdan keçmisinizsə, sistem sizin mobil nömrənizə birdəfəlik istifadə olunan şifrəni (OTP) göndərir və siz həmin şifrəni daxil etməklə hesabınıza daxil olursunuz.
  • 196 Məlumat Mərkəzinə zəng etməklə birdəfəlik şifrə (OTP) ilə avtorizasiyanı gizli söz ilə avtorizasiya ilə əvəzləyə bilərsiniz.