Sosial

 

Sosial – digər insanlarla ünsiyyətə, əməkdaşlığa  yönümlüdür. Ünsiyyətə ehtiyacı olan, yalnızlığa dözə bilməyən insanlardır. Əşyalarla deyil, insanlarla işləməyə üstünlük verir. Məsuliyyətli, dözümlü, empatiya qura bilirlər. Verbal bacarıqları inkişaf etmiş, ətraf mühitin dəyişməsinə yüksək adaptasiya olmaq bacarığına malikdirlər. Təhsil, müalicə, qayğı və s. ilə əlaqəli olan peşələr uyğundur.

Bu tipə aid insanlar peşə seçimində üstünlüyünü təlim, təhsil, müalicə, məsləhət xidməti ilə bağlı sahələrə verirlər. Bu tip insanlar ədalətli, fəal, həssas, sosial normalara riayət edən və başqa insanın emosional durumunu anlaya bilirlər. Onlara yaxşı dil qabiliyyəti, canlı üz ifadələri, insanlara maraq göstərmək və yardım etmək kimi xüsusiyyətlər məxsusdur. Adətən maddi rifah onlar üçün birinci yerdə deyil. Məsləhət görülən peşələr: müəllim, psixoloq, loqoped, din xadimi, həkim, satıcı və s.

 Yaxın növ: artistik və təşəbbüskar

Əks növ:  realistik