Sosial

 

Sosial – digər insanlarla ünsiyyətə, əməkdaşlığa yönümlüdürlər. Ünsiyyətə ehtiyacı duyan, təkliyə dözə bilməyən insanlardır. Onlar əşyalarla yox insanlarla işləməyə üstünlük verirlər. Məsuliyyətli və dözümlü olmaqla yanaşı empatiya duyğusuna da malikdirlər. Bu tip insanlar verbal bacarıqları inkişaf etmiş, mühit dəyişikliyinə çevik adaptasiya ola bilən insanlardır. Təhsil, müalicə, qayğı və s. ilə əlaqəli olan peşələr bu insanlara daha uyğundur. Ona görə də peşə seçimində üstünlüyünü təlim, təhsil, müalicə, məsləhət xidməti ilə bağlı sahələrə verirlər. Onlar ədalətli, fəal, həssas olmaqla yanaşı sosial normalara riayət edən və digərlərinin emosional vəziyyətini anlama qabiliyyətinə malikdirlər.

Bu insanların səciyyəvi xüsusiyyətləti yaxşı nitq qabiliyyəti, canlı üz ifadələri, insanlara qarşı diqqətli olmaq və yardım etmək kimi xüsusiyyətlər məxsusdur. Çox vaxt maddi rifah onlar üçün birinci dəyər verdikləri amil deyil. Məsləhət görülən peşələr: müəllim, psixoloq, loqoped, din xadimi, həkim, satıcı və s. peşələridir.

Yaxın növ: artistik və təşəbbüskar

Əks növ: realistik