Realistik

 

Realistik - insanlarla deyil, əşyalarla işləməyə üstünlük verir. Bu tip insanlar qeyri-sosial, emosional-stabil olurlar. İndiki, hazırda müəyyən edilmiş zamana istiqamətlənirlər. Konkret obyektlər və onların istifadəsi ilə (əşyalar, alətlərlə və texnika ilə) məşğul olurlar. Çalışqan, çevik və ətraf mühitə tez uyğunlaşan. Qeyri-verbal, riyazi bacarıqları üstünlük təşkil edir. 

Bu tipə aid insanlar, güc, çeviklik, mobillik, hərəkətlərin yaxşı koordinasiyasına, təcrübə bacarıqlarına üstünlük tələb edən işlərə üstünlük verirlər. Bu cür peşəkarların işlərinin nəticəsi hiss olunan və realdır. Bizi əhatə edən əşyalar onların əlləri  ilə hazırlanıb. Realistik tipli insanlar danışmaqdansa, iş görməyə həvəslidirlər. Onlar əzimkar və özünə əmin olur, işdə dəqiq və konkret tapşırıqlara üstünlük verirlər. Ənənəvi dəyərlərə riayət etməyi xoşlayır və buna görə yeni ideyalara tənqidi yanaşırlar. Dəqiq və konkret tapşırıqlar tələb edən fəaliyyətə üstünlük verirlər (operator, texnik, sürücü, zərgər, avtomexanik, mühəndis, fermer, və s.).

Yaxın tipajlar: intellektual və konvensial

Əks tipajlar: sosial