Realistik

 

Realistik - insanlarla yox, əşyalarla işləməyə üstünlük verirlər. Bu tip insanlar qeyri-sosial, emosional-stabil olmaqla yanaşı cari zaman kəsiyində baş verən hadisələrə fokuslanırlar. Konkret obyektlər və onların istifadəsi ilə (əşyalar, alətlərlə və texnika ilə) məşğul olurlar. Çalışqan, çevik və ətraf mühitə tez uyğunlaşan. Qeyri-verbal, riyazi bacarıqları üstünlük təşkil edir.

Bu tipə aid insanlar, güc, çeviklik, mobillik, hərəkətlərin yaxşı koordinasiyası bacarığı və təcrübə tələb edən işlərə meyilli olurlar. Peşəkar fəaliyyətlərində onlar tapşırıqları tələb olunduğu kimi tamamlayırlar. Hətta demək olar ki, hazırda istifadə etdiyimiz əşyalar bu insanlar tərəfindən hazırlanıb. Realistiklər danışmaqdansa iş görməyə meyillidirlər. Onlar əzmkar, özünə əmin, işində dəqiq olmağı və konkret tapşırıqlar almağı və icra etməyi sevirlər. Ənənəvi dəyərlərə önəm verdikləri üçün yeni ideyalara tənqidi yanaşırlar. Dəqiq təsvir edilmiş və konkret tapşırıqların olduğu işdə çalışmağa üstünlük verirlər. Realistiklər operator, texnik, sürücü, zərgər, avtomexanik, mühəndis, fermer, və s. kimi peşələrə meyilli və uyğundurlar.

Yaxın tipajlar: intellektual və konvensial

Əks tipajlar: sosial