Təşəbbüskar

 

Təşəbbüskar – Enerji və entuziazm (təşəbbüs) nümayiş etdirə biləcəyi hədəflər və tapşırıqlar seçir. Eyni zamanda impulsivlik və soyuqqanlı qərar vermə nümayiş olunur. Həm verbal, həm də qeyri-verbal ünsiyyət qabiliyyətləri var, şəxsiyyətlərarası münasibətlər qurmaq bacarığına və intuisiyaya malikdir. Həyatın və iş fəaliyyətinin müxtəlif sahələri ilə maraqlanır. O, insanlarla və ideyalarla işləməyə üstünlük verir. Özünə güvənən, şöhrətpərəst insanlardır. İnadkar və dəyişikliklərə meyillidir. Temperament növləri – xolerik və sanqvinikdir.

Bu tip insanlar bacarıqlı, praktik, çətin vəziyyətdən tez çıxan, sosial aktiv, qərar qəbul etməyə və risk etməyə hazırdırlar. Onlar ünsiyyətdə olmağı sevirlər və bunu bacarırlar. Yüksək səviyyədə iddiaları var. Oturaqlıq və uzun müddət  diqqət tələb edən fəaliyyətlərdən çəkinirlər. Maddi rifah onlar üçün əhəmiyyətlidir. Enerji və təşkilati bacarıqlar tələb edən, liderlik, idarəetmə və insanlara təsir göstərə bilən fəaliyyətə üstünlük verirlər. Məsləhət görülən peşələr: rəhbər, hakim, vəkil, broker, iş adamı, riyeltor və s.

Yaxın növ: konvensial və sosial

Əks növ: tədqiqatçı

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.