Təşəbbüskar

 

Təşəbbüskar – enerji və entuziazm (təşəbbüs) nümayiş etdirə biləcəkləri hədəflər və tapşırıqları seçirlər. Eyni zamanda bu insanlarda impulsivlik və soyuqqanlı qərar vermə xüsusiyyətləri nümayiş olunur. Həm verbal, həm də qeyri-verbal ünsiyyət qabiliyyətinə, şəxslərarası münasibətlər qurmaq bacarığına və intuisiyaya malikdirlər. Həyatın və fəaliyyət göstərdiyi sahənin müxtəlif sahələri ilə maraqlanırlar. Təşəbbüskarlar insanlarla və ideyalarla işləməyə üstünlük verirlər. Özünə güvənən, şöhrətpərəst, inadkar və dəyişikliklərə meyillidirlər. Temperament növləri – xolerik və sanqvinikdir.

Bu tip insanlar bacarıqlı, praktik, çətin vəziyyətdən tez çıxan, sosial aktiv, qərar qəbul etməyə və risk etməyə hazırdırlar. Yüksək iddialı olmaqla yanaşı oturaq, uzun müddət diqqət tələb edən işlər üzrə fəaliyyətdən çəkinirlər. Maddi rifah onlar üçün önəmlidir. Enerji və təşkilatçılıq bacarıqları tələb edən, liderlik, idarəetmə və insanlara təsir göstərmə imkanı verən işə sahib olmağı üstün tuturlar. Təşəbbüskarlara tövsiyə edilən peşələr: rəhbər, hakim, vəkil, broker, iş adamı, riyeltor və s. peşələridir.

Yaxın növ: konvensial və sosial

Əks növ: tədqiqatçı

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.