Konvensial

 

Konvensial - dəqiq strukturlaşdırılmış fəaliyyətə üstünlük verir. Cəmiyyət və adət-ənənə ilə dəstəklənən məqsədləri və tapşırıqları seçir. Dəftərxana, ofis və digər ənənəvi peşələrlə bağlıdır. Yanaşma tərzi orijinal deyil – praktik və stereotiplidir. Konservatizm və rigidlik onu xarakterizə edən cəhətlərdir, lakin yaxşı ünsiyyət bacarıqları var. Vicdanlı, intizamlı, praktik, məqsədyönlüdür. Qeyri-verbal bacarıqları üstünlük təşkil edir, əla icraçıdır.

Bu tip insanlar adətən şərti işarə, rəqəm, düsturlar, mətnlərlə verilmiş məlumatın təhlil edilməsi ilə məşğul olmağa meyillidirlər. Onlar səliqəli, dəqiq, praktik, sosial normalara yönümlüdürlər, dəqiq müəyyən edilmiş işlərə üstünlük verirlər. Digər tiplərdən fərqli olaraq, onlar üçün maddi rifah daha əhəmiyyətlidir. Ünsiyyət və qərar vermə qabiliyyəti tələb etməyən işlərlə məşğul olmağa meyillidirlər. Tövsiyə edilən peşələr: iqtisadçı, bankda kassir, vergi müfəttişi, auditor, kompüter operatoru, məhkəmə icraçısı, arxiv qeydiyyatçısı, mühasib, notarius, kitabxanaçı və s.

 Yaxın növ: real və təşəbbüskar

Əks növ:  artistik

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.