Konvensial

 

Konvensial - dəqiq strukturlaşdırılmış iş üzrə fəaliyyətə üstünlük verirlər. Cəmiyyət və adət ənənələrin qəbul etdiyi məqsədləri və tapşırıqları seçirlər. Dəftərxana, ofis işləri və digər ənənəvi peşələrə bağlıdırlar. Orijinal yox, praktik və steriotipli yanaşma tərzinə malikdirlər. Konservatizm və rigidlik onlara xas xarakterik cəhətlərdir. Konvensiallar vicdanlı, intizamlı, praktik, məqsədyönlü və əla icraçıdırlar. Qeyri-verbal bacarıqları üstünlük təşkil etsə də əslində yaxşı ünsiyyət bacarıqları da var.

Bu tip insanlar adətən şərti işarə, rəqəm, düsturlar, mətnlərlə verilmiş məlumatın təhlil edilməsi ilə məşğul olmağa meyillidirlər. Onlar səliqəli, dəqiq, praktik, sosial normalara yönümlü olmaqla yanaşı, dəqiq müəyyən edilmiş işlərə üstünlük verirlər. Digər tiplərdən fərqli olaraq, onlar üçün maddi rifah daha önəmlidir. Ünsiyyət və qərar vermə qabiliyyəti tələb etməyən işlərlə məşğul olmağa həvəslidirlər. Konvensial tiplərə tövsiyə edilən peşələr: iqtisadçı, bankda kassiri, vergi müfəttişi, auditor, kompüter operatoru, məhkəmə icraçısı, arxiv qeydiyyatçısı, mühasib, notarius, kitabxanaçı və s. peşələridir.

Yaxın növ: real və təşəbbüskar

Əks növ: artistik

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.