İntellektual

 

İntellektual (Araşdırmaçı) – ideyalar və obyektlərlə işləməyə yönümlü olurlar. Situasiyadan asılı olaraq həm elastik (dəyişikliklərə uyğunlaşa bilən), həm də rigid ola bilərlər. Hər şeyə maraq göstərən, işdə sistemli çalışan, tək işləməyi xoşlayırlar.

Məqsədyönlülük,  qətiyyətlik, dözümlülüklə fərqlənirlər. Daha çox öyrənmək, kəşf etmək üçün, xüsusi peşələrə üstünlük verirlər. Bu tipə aid olan insanları analitik qabiliyyət, səmərəlilik, müstəqillik, orijinal düşüncə tərzi, öz fikirlərini dəqiq ifadə etmək, məntiqi tapşırıqları həll etmək, yeni ideyalar, fikirlər irəli sürmək kimi  bacarıqlar fərqləndirir. Onlar tez-tez elmi-tədqiqat işlərini seçirlər. Yaradıcı olmaq üçün onlara azad mühit lazımdır. İş onları elə cəlb edə bilər ki, hətta iş və asudə vaxtını belə qarışdırırlar. İdeyalar dünyası onlar üçün insanlarla ünsiyyətdən daha əhəmiyyətli ola bilər. Adətən maddi rifah onlar üçün birinci yerdə deyil. Tövsiyə edilən peşələr – meteoroloq, alim, elmi - populyar kitab və məqalələrin müəllifi, fizik, kimyaçı, cərrah, bioloq, və s.

 Yaxın tipajlar: realistik və artistik

Əks tipajlar:  təşəbbüskar