İntellektual

 

İntellektual (Araşdırmaçı) – ideyalar və obyektlərlə işləməyə yönümlü olurlar. Mühitdən və vəziyyətdən asılı olaraq həm uyğunlaşan, həm də rigid ola bilərlər. Maraq dairəsi geniş, iş prosesində sistemli fəaliyyət göstərən və tapşırıqları fərdi qaydada icra etməyi xoşlayan insanlardır.

Məqsədyönlü, qətiyyətli və dözümlü insanlardır. Daha çox öyrənmək və fərq yaratmaq üçün spesifik peşələrdə işləməyə üstünlük verirlər. Onları analitik qabiliyyət, səmərəli fəaliyyət qabiliyyəti, müstəqil olma, original düşüncə tərzinə sahib olma, fikirlərini dəqiq ifadə etmə bacağı, məntiqi tapşırıqları həll etmək, yeni ideyalar və fikirlər irəli sürmək kimi bacarıqlar fərqləndirir. Bu tip insanlar çox vaxt elmi-tədqiqat işlərinə yönəlirlər. Yaradıcı olmaları üçün azad mühitə ehtiyac duyurlar. İş onları o qədər cəlb edə bilər ki, nəticədə iş və asudə vaxtlarını belə qarışdıra bilərlər.

İnsanlarla ünsiyyətdən daha çox ideyalar dünyasında dolaşmağı sevirlər. Çox vaxt maddi rifah onlar üçün birinci dəyər verdikləri amil deyil. Bu tip insanlara tövsiyyə edilən peşələr – meteoroloq, alim, elmi - populyar kitab və məqalələrin müəllifi, fizik, kimyaçı, cərrah, bioloq, və s. peşələridir.

 Yaxın tipajlar: realistik və artistik

Əks tipajlar: təşəbbüskar

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.