Artistik

 

Artistik – Həyata baxış tərzi çox mürəkkəbdir, çevik, müstəqil qərarvermə bacarıqlı. Fatalist (alın yazısına inanan) ola bilər. Çox həssas, qeyri sosial, orijinal. Zəngin təxəyyül, yaradıcılıq qabiliyyətinə malik, müstəqil və emosionaldır. Yaxşı intuisiyası var. Yaradıcı işlərə üstünlük verirlər. Verbal qabiliyyətləri üstünlük təşkil edir.

Bu tipin xüsusi olaraq qavrama və motorika qabiliyyətləri vardır. Yüksək həyat idealı var, dəqiq qərarlar verə bilir. Bu tip insanlar orijinal, müstəqil qərar verən, nadir hallarda sosial normalara  və təqdirə önəm verən olurlar. Həyata qeyri-adi baxışa, çevik zəkaya, emosional həssaslığa malikdirlər. İnsanlarla münasibəti  öz hisslərinə, emosiyalarına, təəssürat və intuisiyasına əsasən qururlar. Onlar ciddi iş rejimini yox, sərbəst iş qrafikini sevirlər. Əsasən ədəbiyyat, teatr, kino, musiqi, tətbiqi incəsənətlə bağlı peşələri (yazıçı, fotoqraf, musiqiçi, rəssam, müğənni, jurnalist, memar, aktyor, dizayner) seçirlər.

Yaxın növ: intellektual və sosial

Əks növ: konvensial