Artistik

 

Artistik – həyata baxış tərzi çox mürəkkəbdir. Onlar çevik, müstəqil qərarvermə qabiliyyətli olmaqla yanaşı həm də fatalist (alın yazısına inanan) ola bilərlər. Çox həssas, qeyri sosial, original, zəngin təxəyyülə, yaradıcılıq qabiliyyətinə malik, müstəqil və emosionaldırlar. Yaxşı intuisiyası hissləri olan artistiklər yaradıcı işlərə üstünlük verirlər. Verbal qabiliyyətləri inkişaf etmişdir.

Bu tipin xüsusi olaraq qavrama və motorika qabiliyyətləri vardır. Yüksək həyat idealları var, dəqiq qərarlar verə bilirlər. Bu tip insanlar orijinal, müstəqil qərar verən, çox az hallarda sosial normalara və təqdidə önəm verən olurlar. Həyata qeyri-adi baxışa, çevik zəkaya, emosional həssaslığa malikdirlər. İnsanlarla münasibəti öz hisslərinə, emosiyalarına, təəssürat və intuisiyalarına əsasən qururlar. Onlar ciddi iş rejimini yox, sərbəst iş qrafikini sevirlər. Əsasən ədəbiyyat, teatr, kino, musiqi, tətbiqi incəsənətlə (əl işi sənətləri) bağlı peşələri (yazıçı, fotoqraf, musiqiçi, rəssam, müğənni, jurnalist, memar, aktyor, dizayner) seçirlər.

Yaxın növ: intellektual və sosial

Əks növ: konvensial

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.