FAQ

Birbank tətbiqini “Google Play” və ya “App Store” mobil telefonunuza yükləyin. Kapital Banka məxsus kartınızla “Kart üzrə qeydiyyat” bölməsinə daxil olun. Kart nömrəsi, onun PİN kodunu hazırda istifadə etdiyiniz telefon nömrənizi daxil edin, Kartınız yoxdursa “Kapital Bank müştərisi deyilsiniz” hissəsindən daxil olub, mobil nömrənizi qeyd edin. Telefonunuza göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin. Gələcəkdə Birbank tətbiqinə daxil olmaq üçün özünüzə şifrə təyin edin. Eyni zamanda filialarımıza yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. Xidmət pulsuzdur.

İstər manatla, istərsə də xarici valyutada, faizlərin aylıq və ya müddətin sonunda əldə edilməsi, vəsaitin istəyə uyğun azaldılması və ya artırılması özəllikləri ilə Kapital Bank depozitləri hər tələbə uyğundur.
Növləri:
- Kapital depoziti
- Müddətsiz depozit
- Depozit seyfləri

Digital card – banka yaxınlaşmadan BirBank mobil tətbiqi vasitəsilə rəsmiləşdirilə bilən virtual debet kartdır.

- Üstünlükləri isə:
- Bankomatda günün 24 saatı nağdlaşdırma
- İnternetdə alış-veriş etmək imkanı
- Respublika ərazisində və xarici ölkələrdə xidmət və malların dəyərinin ödənilməsi
- Təmassız ödəniş texnologiyası

Kartınızın balansını Kapital Bankın filialları, Cash In bankomatları və MilliÖN ödəniş terminalları vasitəsilə artıra bilərsiniz.

Bankımız müştərilərə aşağıdakı kredit məhsullarını təklif edir:

- “Gündəlik tələbat” nağd pul krediti
- Xarici valyuta təminatlı kredit
- “Təcili kredit xətti” overdraft məhsulu
- “BirKart - hamısı bir kartda" kart məhsulu
- Əmanətə bağlı kredit
- Gündəlik tələbat istehlak krediti
- Kart sahibi olmayan müştərilərə istehlak krediti

Təklif edilən məhsullardan maaş və ya pensiya kartı Kapital Bankda olan şəxslər və ya rəsmi iş yeri olan müştərilər faydalana bilər.
Bununla yanaşı, kreditin verilib-verilməməsi ilə bağlı yekun qərar Kapital Bankın daxili qaydaları və müştərinin təhlili əsasında müəyyən olunur.

Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsini təqdim etmək kifayətdir.

BirKart taksit kartı - Yeni Birbank kartı barədə daha ətraflı məlumat Birbank.az veb saytına daxil olmaqla əldə edilə bilər.

Xaricə ABŞ Dolları və Avro valyutalarında əməliyyat aparmaq mümkündür.

Əməliyyat apararkən aşağıda göstərilən sənədlərdən istifadə etmək olar:
1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);
3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;
4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).