FAQ

İstiqrazlar — Investora əvvəlcədən müəyyən edilmiş tarixlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda əsas məbləği almaq hüququ verən qiymətli kağızdır.

İstiqrazların ümumi həcmi böyük olduqda onların satışı hissəli şəkildə həyata keçirilə bilər. Bu halda, tam həcmdən satışa çıxarılan hissələrə “tranş” deyilir. Məsələn: Kapital Bank istiqrazlarının ümumi həcmi 50 mln ABŞ dolları təşkil edir. Bank bu həcmi bazara tranşlar şəklində, yəni hissə-hissə satışa çıxaracaq. Hər bir tranşın satış tarixi və şərtləri barədə məlumatlar buraxılışdan öncə kütləvi informasiya vasitələri ilə açıqlanır.

İstiqrazların bazara satışa çıxarıldığı ilk gündən buraxılışın bitmə tarixinə kimi olan zaman aralığına “tədavül müddəti” deyilir. Bir buraxılış daxilində nə zaman satılmasından asılı olmayaraq, bütün istiqrazların bitmə tarixləri eyni olur. Kapital Bank ABŞ dolları istiqrazlarının tədavül müddəti 7 ildir. Məsələn: Tutaq ki, bankımız 30 may 2024-cü ildə 7 il müddətinə müəyyən sayda istiqraz buraxıb. Siz isə bu tranşda buraxılmış istiqrazları oktyabrda almısınız. Bu halda istiqrazlar növbəti ilin oktyabrına kimi deyil, tranşın bitmə tarixinə, yəni 30 may 2031-ci ilə qədər gəlir gətirəcək.

İstiqrazlarımız tədavül müddəti boyunca 7% gəlir qazandırır. Siz istiqrazları aldığınız tarixdən tranşın bitmə tarixinə qədər bu faiz dərəcəsi ilə gəlir əldə edəcəksiniz. Məsələn: Tutaq ki, 7 il müddətinə olan buraxılışdan 10000 ABŞ Dolları dəyərində istiqraz almaq istəyirsiniz. Əgər istiqrazı buraxıldığı ay alsanız, siz hər ay 58.33 ABŞ dolları gəlir əldə edəcəksiniz. Yəni 12 ayın sonunda 10000 ABŞ dollarına 700 ABŞ dolları sizin olacaq. Əgər istiqrazı buraxıldığı ayda deyil, növbəti aylardan birində alsanız, onda geriyə qalan aylara uyğun gəlir əldə edəcəksiniz. Yəni istiqrazı buraxıldığı vaxtdan 5 ay sonra almısınızsa, geri qalan 7 ay ərzində 10000 ABŞ dolları dəyərində istiqrazla ümumilikdə 408.33 ABŞ dolları qazancaqsınız.

Bəli, Abunə yazılışında iştirak etdiyinizdə abunə yazılışı müddətin sonuna kimi, yəni istiqrazları alana kimi vəsaitə illik 2.5% gəlirlilik hesablanacaq. Məs. Abunə yazılışı avqust ayının 26-sı başlanılır və sentyabrın 24-ü bitir. İnvestor istiqraz alışı üçün sentyabrın 5-i vəsaitini banka yerləşdirir. Bu zaman, sentyabrın 24-nə kimi investora 2.5% illik faiz hesablanır. Sentyabrın 24-ü abunə yazılışı bitdikdə, istiqrazların alışı icra olunur.