FAQ
İstər manatla, istərsə də xarici valyutada, faizlərin aylıq və ya müddətin sonunda əldə edilməsi, vəsaitin istəyə uyğun azaldılması və ya artırılması özəllikləri ilə Kapital Bank depozitləri hər tələbə uyğundur.
Növləri:
- Kapital depoziti
- Müddətsiz depozit
Depozitin rəsmiləşdirilməsi üçün minimum məbləğ 100 AZN/USD müəyyən olunmuşdur.
1. Vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər milli valyutada (AZN) illik 1% ilə ödənilir.
2. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faiz ödənilmir, azaldılan hissə min. 100 AZN/USD, əmanət 100 AZN/USD qalanadək azaldıla bilər.
3. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir.
4. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən beş (5) AZN komissiya tutulur.
Qiymətli zinət əşyalarınızı, qiymətli kağızlarınızı, pulunuzu qorumaq və təhlükəsizliyini təmin etmək üçün sizə bankımızın depozit seyf qutularını təklif edirik. Bu, qiymətli əşyalarınızın qorunması üçün ən əlverişli yoldur.
Depozit seyflərinin icarə müddəti 3 aydan başlayaraq müəyyən olunmuşdur. Aşağı qiymət, təhlükəsizlik və məxfilik kimi üstünlükləri mövcuddur.
Depozit hesabını açmaq üçün ən yaxın filiala gəlməniz kifayətdir.
Müddətin uzadılması əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur).
Kredit xətti - Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində min.500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz manatda əmanət faizi +5%, USD-da +4% təşkil edir.
Depozit seyflərini Mərkəz, Gənclik, Səbail, Gəncə filiallarında icarəyə götürə bilərsiniz.