Kapital akademiya

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik.

Əsas kapitalımız Siz olun!

Nə üçün biz?

Davamlı inkişaf və karyera imkanları

Cəlbedici əmək haqqı

Peşəkar və mehriban kollektif

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə,
                           Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik.

Namizədlərə tövsiyələr

Saytlarda, sosial şəbəkələrdə gördüyünüz hər elanda göstərilmiş vakansiyaya müraciət etməyin. Əks təqdirdə, işəgötürən sizi nə istədiyini bilməyən, qeyri-ciddi namizəd kimi qəbul edəcək və namizədliyinizi dəyərləndirməyəcək.

Şəxsi e-mail ünvanınızı necə adlandırdığınıza diqqət yetirin. “Amazon86”, “baki91” kimi e-mail ünvanlarından daxil olan CV-lərin sahibləri ciddi təşkilatlara işə qəbul olunma şanslarını azaldırlar.

CV-dəki şəklinizi diqqətlə seçin. Gülümsəməkdən çəkinməyin, lakin toy şəklinizdən də istifadə etməyin.

Müsahibəyə gecikməyin! Əgər sizdən asılı olamayan səbəblərdən gecikirsinizsə, zəng vurub, işəgötürəni bu haqda xəbərdar etməyə çalışın.

Müraciət etdiyiniz vakansiyaya uyğun geyim tərzindən istifadə edin, amma bu tərzin həqiqətən də sizin tərziniz olması vacibdir.

Müsahibə zamanı etik qaydalara riayət edin. Müsahibəyə saqqız çeynəyərək girməyin. Mobil telefonunuzu söndürün.

Müraciət etdiyiniz şirkət haqda məlumatlı olun. Müsahibədə bununla bağlı sizə birbaşa və ya dolayısıyla heç bir sual verilmirsə, öyrəndiyi şeri mütləq şəkildə lövhənin qarşısında söyləmək istəyən şagirdə də bənzəməyin.

Qeyri-standart sualları cavablandırmağa hazır olun. Məsələn, ən çox verilən suallardan biri “sizin güclü və zəif cəhətləriniz hansılardır” sualına əksər namizədlər ardıcıl olaraq 4-5 güclü cəhətlərini sadalayır, zəif cəhətlərini isə söyləməkdə çətinlik çəkir. Bu da, namizədin qeyri-səmimiliyi, qeyri-obyektivliyi haqda fikir yaradır.

Müsahibədə özünüzü olduğundan ağıllı göstərməyə çalışmayın. Özünü bəyəndirmənin ən yaxşı yolu səmimi olmaqdır. Ən azından səmimiyyət nümayiş etdirərək artıq bir bal qazanacaqsınız.

Nə istədiyinizə öncədən qərar verin, özünüzə güvənin, ünsiyyətə açıq olun, pozitiv olun və inanın ki, bütün bunlar olduqda hər şey alınacaq!

5 addımda bizə qoşul

1

Bizi izləyin

Bankda iş təcrübəsi qazanmaq və inkişaf etmək istəyirsinizsə, bankın saytında “Vakansiyalar” bölməsini izləyin. Bilik və bacarıqlarınızı açıq elan edilmiş vakansiyalardan hansının tələblərinə uyğun hesab edirsinizsə, göstərilən qaydada müraciət edin. Müraciətiniz bank tərəfindən vakansiyanın tələblərinə uyğun şəkildə qiymətləndiriləcək və göstəriciləriniz uyğun hesab edildiyi halda Sizinlə əlaqə saxlanılaraq seçimin ilkin mərhələsinə dəvət ediləcəksiniz.

2

Biliyinizi göstərin

3

Özünüzü tanıdın

4

Daha çox öyrənin

5

Bizə qoşulun

Kapital ailəsinin bir hissəsi olun

Hazırsınız? Eledirsə irəli! Kapital bankın cari vakansiyaları ilə tanış olun.

Kapital ailəsinin bir hissəsi olun

Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə tələblərinə uyğun gələn məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.