FAQ

Köçürülən məbləği 5-10 dəqiqədən sonra almaq mümkündür.

Ödənişin düzəlişi və ləğvi yalnız əməliyyat aparan filialda və köçürülmə sistemdə alınmadıqda mümkündür.

Xaricə ABŞ Dolları və Avro valyutalarında əməliyyat aparmaq mümkündür.

Vəsaiti alan şəxsin məbləği bankomatdan əldə edə bilməsi üçün vəsaiti köçürən zaman göndərən şəxs tərəfindən alan şəxsin mobil nömrəsinin qeyd edilməsi zəruridir.

Məbləgi alan şəxsin köçürmənin nəzarət nömrəsini, məbləği, valyutanı, göndərənin SAA və göndərilən ölkə haqqında məlumatları bilməsi zəruridir.

Sistemlərdə bir əməliyyat limiti aşagıdakı kimidir:

- Western Union – 7400 USD

- Zolotaya korona – 10 000 USD/EUR

- Xəzri - ölkədaxili - 50000 AZN, 20000 USD.

Əgər köçürmə qanuna zidd deyilsə göstərilən limit çərçivəsində bir necə köçürmə etmək olar.

Əməliyyat apararkən aşağıda göstərilən sənədlərdən istifadə etmək olar:
1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);
3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;
4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).

Xaricə 1000 ABŞ dollarından artıq məbləğ köçürərkən hesab açmaq mütləqdir.

“Xəzri” pul köçürmə sistemi vasitəsi ilə ölkədaxilində Azərbaycan manatı və ABŞ Dolları valyutasında əməliyyat aparmaq mümkündür. Ölkə daxilində köçürmə limiti yoxdur. Sistem üzrə bir əməliyyat limiti Xəzri – 50000 AZN, 20000 USD qədər təşkil edir.

Qanunda göstərilən limit çərçivəsindən (1000 ABŞ Dolları) artıq pul köçürmək üçün əvvəllər göndərilən şəxsə nağdsız və ya nağd şəkildə vəsait daxil olmalı və ya vəsaiti alan şəxs göndərənin birinci dərəcəli qohumu (maks. 10.000 USD) olmalıdır. Göstərilən hallarda bunu təsdiq edən sənədlər banka təqdim olunmalıdır.