Daşınmaz Əmlakın İcbari Sığortası

Daşqın, yanğın, sel, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi üzündən) zəlzələ, yer sürüşməsi, yanğın ,ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalana bilməniz üçün əmlakınızı icbari sığorta etməniz çox vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.

 

Ümumi məlumat

Daşqın, yanğın, sel, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi üzündən) zəlzələ, yer sürüşməsi, yanğın ,ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalana bilməniz üçün əmlakınızı icbari sığorta etməniz çox vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.

Şərtlər

  • Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
    • Yanğın, ildırım düşməsi;
    • Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
    • Elektrik naqillərində baş verən qısa qapanma;
    • Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;
    • Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
    • Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
    • Yerüstü nəqliyat vasitəsinin dəyməsi;
    • Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan;
    • Üçüncü şəxsin hərəkətləri.
  • Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi, sığorta hadisəsi hesab olunmur:
    • Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
    • Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
    • Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
    • Qrunt sularının səviyəsinin dəyişməsi;
    • Suyun borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Tariflər

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri, şərtsiz azadolma və sığorta haqları

 

Sığorta haqqı 50 AZN
Sığorta müddəti 1 il
Təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır)
Şərtsiz Azadolma məbləği 250 AZN

  

Gəncə şəhəri

Sığorta haqqı 40 AZN
Sığorta müddəti 1 il
Təminat məbləği 20 000 AZN
Şərtsiz Azadolma məbləği 200 AZN
 

 

Digər şəhərlər

 
Sığorta haqqı 30 AZN
Sığorta müddəti 1 il
Təminat məbləği 15 000 AZN
Şərtsiz Azadolma məbləği 150 AZN