VIP depoziti
VIP əmanəti ilə bankımızın yüksək statuslu müştərisinə çevrilərək əlavə üstünlüklər əldə edə bilərsiniz.
Depozit hesabını necə aça bilərəm?
Ümumi məlumat
VIP əmanəti ilə bankımızın yüksək statuslu müştərisinə çevrilərək əlavə üstünlüklər əldə edə bilərsiniz.
Bilmək məsləhətdir
- Depozitin məbləği - 100.000 AZN/USD/EUR-dan başlayaraq
- Depozitin müddəti - 12, 24 və ya 36 ay
- Maksimal illik faiz dərəcəsi - 12.5%
Faiz dərəcələri
Depozitin müddəti (aylar üzrə) | Faizlərin aylıq ödənişi | Faizlərin müddətin sonunda ödənişi | ||||
AZN | USD | EUR | AZN | USD | EUR | |
12 | 9,5% | 0,2% | - | 10,5% | 0,3% | - |
24 | 10,5% | 0,4% | 0,25% | 11,5% | 0,5% | 0,5% |
36 | 11,0% | 0,6% | 0,25% | 12,5% | 0,7% | 0,5% |
Şərtlər
- Əmanətin müddəti - 12, 24 və 36 ay
- Minimal məbləğ - 100.000 AZN/USD/EUR
- Faizlərin ödənilməsi - Aylıq və müddətin sonunda. Aylıq ödənişlərdə müştərinin istəyinə əsasən hesablanan faizlər hər ay müştəriyə verilmiş hədiyyə kartına yerləşdirilir
- Əmanətin artırılması - Müddətin yarısına qədər
- Əmanətin azaldılması - Vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər aşağıdakı şəkildə ödənilir:
- müddətin yarısınadək: AZN-də illik 2%; USD-də ödənilmir müddətin 2/3 hissəsinədək: AZN-də illik 3%; USD-də ödənilmir müddətin 2/3 hissəsindən sonra: AZN-də illik 4%; USD-də 0.05% azaldılan hissə min. 500 AZN/USD/EUR, əmanət minimum 100 000 AZN/USD/EUR qalanadək azaldıla bilər. EUR-da olan əmanətlər vaxtından əvvəl çıxarılanda faiz ödənilmir. 30 təqvim günündən tez çıxarılan AZN/USD əmanətlərə faiz ödənilmir.
- Müddətin uzadılması - Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur).
- Manatda yerləşdirilən (həmçinin prolonqasiya olunan) və faizləri aylıq ödənilən depozitlərə görə müştəriyə depozit valyutası ilə eyni olan VISA Infinite kartı hədiyyə edilir və aylıq faizləri bu karta köçürülür. Depozit faizlərinin müddətin sonunda ödənişi halında isə hədiyyə kart yalnız müştəri kartla kredit xətti almaq istədikdə verilir.
- SMS İNFO, SMS Banking xidməti
- Əmanət məbləği 500 000 AZN/USD/EUR-dan yüksək olduqda isə əlavə olaraq müştəriyə beynəlxalq Priority Pass diskont kartı hədiyyə edilir
- Kredit xətti - Əmanət məbləğinin maksimum 80%-i həcmində, nağd kredit və ya kartla kredit xətti ilə verilir. Faizlər manatda əmanət faizi +5%, USD və EUR-da +0.9% təşkil edir
FAQ
- Yerləşdirilmiş əmanətlər sığortalanırmı?
“Kapital Bank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Manatla İllik 15%, xarici valyutada illik 3% olan istənilən məbləğdə əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır - www.adif.az
- Bankınızda hansı əmanət növləri mövcuddur?
Hal-Hazırda Kapital Bank-da aşağıdakı əmanət növləri mövcuddur:
- “Kapital” əmanəti
- “VİP” əmanət
- “Müddətli seçim” əmanəti
- “Müddətsiz” əmanət
- Əmanətlər hansı valyutada qəbul olunur?
““VİP”, “Kapital”, “Müddətli seçim” və “Müddətsiz” əmanətləri üzrə AZN, USD və ya EUR ilə qəbul olunur.
- Əmanətin yerləşdirilməsi zamanı hansı sənədləri təqdim etmək lazımdır?
Kapital Bankda əmanət yerləşdirilən zaman şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
- Məndən başqa əmanət hesabımdan kim pulumu məxaric edə bilər?
Əmanət hesabından pulu aşağıdakı şəxslər məxaric edə bilər:
- Əmanət yerləşdirən şəxs
- Əmanət yerləşdirən şəxs tərəfindən verilmiş etibarnamə (notarial qaydada təsdiq edilmiş) əsasında müraciət edən şəxs.
- Əmanət yerləşdirən şəxsin varisi
- Əmanət yerləşdirdikdən sonra məbləğini artırmaq və ya azaltmaq mümkündür?
Kapital, Müddətsiz və VİP əmanətlərinin məbləğini artırmaq və ya azaltmaq mümkündür.
- Əmanətin vaxtı bitdikdən sonra prolonqasiya hansı şərtlərlə olur?
Əmanət müddəti qurtardıqdan sonra, ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır.
- Yerləşdirdiyim əmanət müqabilində kredit əldə edə bilərəmmi?
Bəli. Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində, nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz əmanət faizi +5% təşkil edəcək. Nağd kredit və kredit xətti üzrə minimal məbləğ 500 AZN təşkil edir.
VİP depoziti kalkulyatoru
- Aylıq faiz gəliri –
- Ümumi faiz gəliri –