Kapital depoziti

Kapital depoziti ilə yüksək faiz dərəcələri ilə yanaşı, məbləği müqavilənin bitmə tarixinə 1 ay qalanadək artırma imkanından faydalanın. Üstəlik depozitinizin 80%-dək həcmində nağd kredit və ya kartla kredit xətti əldə edin.

  • Depozitin məbləği 500 AZN/USD-dan başlayır.
  • Maksimal illik faiz dərəcəsi 10%*

Kapital depoziti kalkulyatoru

Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı müddətin yarısınadək məbləğı artıra bilərsiniz.

Aylıq

Müddətin sonu

6 ay 12 ay 18 ay 24 ay 36 ay
  • Ümumi faiz gəliri

    3 200

Hesablamada faiz gəlirlərinə 10% vergi ilə bağlı şərtlər nəzərə alınmayıb.

Məlumatlar

  • Əmanətin müddəti – 6, 12, 18, 24, 36;
  • Minimal məbləğ – 500 AZN/USD;
  • Maksimal məbləğ – məhdudiyyət yoxdur;
  • Faizlərin ödənilməsi – aylıq və müddətin sonunda;
  • Əmanətin artırılması – müqavilənin bitmə tarixinə 1 ay (30 təqvim günü) qalanadək; minimal artırılan məbləğ 100 AZN/USD;
  • 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə (maddə 102.1.22) əsasən:
    - 18 ay və ya daha artıq müddətə manat depoziti yerləşdirərkən faizləri istər müddətin sonunda, istərsə də aylıq götürməyi seçsəniz, faiz gəlirinin tam hissəsi 3 il ərzində 10% vergidən azad edilir;
    - 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri müddətin sonunda götürməyi seçsəniz, şərti olaraq aylıq faiz gəliri hesablanır və bu məbləğin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir;
    - 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri hər ay götürməyi seçsəniz, aylıq faiz gəlirinin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir;
    - 1 yanvar 2024-cü ilədək yerləşdirilmiş manat depozitləri üzrə bu tarixdən əvvəl əldə olunan faiz gəlirləri üçün vergi dəyişikliklərdən əvvəlki qaydada hesablanır.
  • Əmanətlərin avtomatik uzadılması zamanı kampaniya şərtləri keçərli deyil.
  • *Ulduzla qeyd olunan şərtlər kampaniya çərçivəsində 31 martadək yerləşdirilən depozitlərə aiddir.

Faiz dərəcələri

Depozit müddəti (aylar üzrə)AylıqMüddətin sonunda
AZNUSDAZNUSD
6 *9%-10%-
12 *8%3,0%9%3,3%
12 **-3,9%-4%
18 *8%-9%-
247%3,1%7,5%3,4%
367,5%3,2%8%3,5%

Qeyd:

**Yalnız 12 ay müddətinə 50 000 USD (daxil olmaqla) məbləğinədək rəsmiləşdirilən USD depozitlərinə şamil edilir.
 *Yalnız 12 ay müddətinə 50 000 USD-dən daha yüksək məbləğdə rəsmiləşdirilən USD depozitlərinə şamil edilr.

  Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).


Faiz Dərəcələri (Hüquqi Şəxslər üçün)

Depozit müddəti (aylar üzrə)AylıqMüddətin sonunda
AZNUSDAZNUSD
14%1,0%4,2%1,2%
34,3%2,0%4,5%2,2%
64,5%2,5%4,72,7%
125%3,0%5,2%3,2
245,5%-5,7%-
366%-6,2%-

Qeyd.1: Depozitə minimum 50 000 AZN/USD yerləşdirə bilərsiniz. Maksimal məbləğ üçün isə limit yoxdur.
Qeyd.2: 1,000,000 (bir) milyondan artıq məbləğdə yerləşdirilən depozitlər üzrə şərtlərə fərdi qaydada baxılır.
Qeyd.3: USD valyutasında  12 aydan artıq müddətdə yerləşdirilən depozitlər üçün şərtlərə fərdi qaydada baxılır.                                                                                                                                           

Əmanətin artırılması

Kapital Bank Ödəniş terminalları vasitəsilə əmanətin artırılması həyata keçirilməsi

Kapital Bank-ın ödəniş terminalında “Bank xidmətini seçin” menyusu seçilir

1

Bank xidmətlərindən “Əmanətin artırılması” xidməti seçilir

2

Ödəyənin FİN kodu və əmanətin CİF-i daxil edilir

3

Əmanəti artırmaq istədiyiniz müvafiq müqavilə nömrəsi seçilir

4

Məlumatların doğruluğu yoxlanılır

5

Vəsait terminala daxil edilir və ödəniş təsdiq edilir

6

Depozitlər nağd pulunuzu idarə etməyə başlamağın ən uyğun yoludur. Kapital depozitləri isə sərmayə qoya biləcəyiniz ən sərfəli bank hesablarından biridir. Bu məhsul vəsaitlərinizi saxlamağın etibarlı və gəlirli yollarındandır. Kapital depozitləri sizə yalnızca vəsaitlərinizi dəyərləndirməkdə kömək etmir, eyni zamanda kredit xətti əldə etməyinizə imkan tanıyır. Aylıq və ya müddətin sonunda ödənilən bank depozit faizləri üçün maksimal miqdar 10% olaraq müəyyən edilmişdir. Müştərilərə kredit xətti əldə etmə imkanı tanıyan bu məhsul vasitəsiylə istəyə uyğun olaraq depozit məbləğinin maksimum 80%-i həcmində min.500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər. Depozit kalkulyatoru ilə faiz miqdarlarınızı asanlıqla hesablaya bilərsiniz. Banka depozit pul qoymaq üçün müraciət etməyiniz kifayətdir.