Depozitin məbləği

100 AZN/USD-dan başlayır.

Maksimal illik faiz dərəcəsi

8%-dir.

Şərtlər

Əmanətin müddəti - 12, 18, 24, 36

Minimal məbləğ - 100 AZN/USD

Maksimal məbləğ - məhdudiyyət yoxdur.

Faizlərin ödənilməsi - aylıq və müddətin sonunda

Əmanətin artırılması - müddətin yarısına qədər (minimal artırılan məbləğ 100 AZN/USD)

Əmanətin azaldılması

1. Vaxtından əvvəl tam çıxarılan əmanətlər üzrə kartın dəyəri (və ya kartın dəyərinin hədiyyə olunan hissəsi) bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir.

2. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faiz ödənilmir, azaldılan hissə min. 100 AZN/USD, əmanət 100 AZN/USD qalanadək azaldıla bilər.

3. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir.

4. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən beş (5) AZN komissiya tutulur.

Müddətin uzadılması

1. Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur)

Əlavə şərtlər

1. Yalnız faizlərin aylıq ödənişi halında əmanət məbləği aşağıdakı məbləğlərə uyğun olduqda, müştəriyə aşağıda əks olunmuş bölgü əsasında hesab valyutası əmanət valyutası ilə eyni olan hədiyyə debet kart verilə bilər (həmçinin avtomatik prolonqasiya olunmuş əmanətlərə şamil edilir). Depozit faizlərinin müddətin sonunda ödənişi halında hədiyyə kart yalnız müştəri kartla kredit xətti almaq istədikdə verilir, əks halda depozit faizlərinin müddətin sonunda ödənişi halı üzrə hədiyyə kart verilmir. Vaxtından əvvəl tam çıxarılan əmanətlər üzrə kartın dəyəri (və ya kartın dəyərinin hədiyyə olunan hissəsi) Bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir.

[100-10000) AZN/USD olduqda - Visa Electron/MasterCard Maestro; [10000- 50000) AZN/USD olduqda - Visa Classic/MasterCard Standard; [50000- 100000) AZN/USD olduqda - VISA Gold/MasterCard Gold; 100000 AZN/USD və artıq olduqda - VISA Platinum/MasterCard Platinum.

Kartlar

1. Hədiyyə kartı əmanətin bitmə tarixinə qədər müddətə verilir.

Kredit xətti

1. Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində min.500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz manatda əmanət faizi +5%, USD-da +4% təşkil edir.

Faiz dərəcələri

Depozit müddəti (aylar üzrə) Faizlər aylıq ödənildikdə Faizlər müddətin sonunda ödənildikdə
AZN
USD
AZN
USD
12
6.0%
6.5%
0.1%
18
6.5%
7.0%
24
7.0%
0.2%
7.5%
0.3%
36
7.5%
0.4%
8.0%
0.5%

Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).