Hesablaşma və xəzinə xidmətləri

Kapital Bank universal bank olaraq, rezident və qeyri- rezidentlərə hesablaşma-kassa xidməti üzrə tam xidmətlər kompleksini təklif edir.

Каpital Bank aşağıdakı hesablaşma-kassa xidmət növlərini təklif edir:

  • Milli və xarici valyutada bank hesablarının açılması və aparılması;
  • Milli və xarici valyutada köçürmələr;
  • Konvertasiya əməliyyatları
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi;
  • Xarici bankların çeklərinin inkassoya qəbul edilməsi;
  • Nağd pul vəsaitlərinin mədaxili və məxarici.
  • Müştərinin nağd pul vəsaitlərinin inkassasiyası və çatdırılması;
  • Əmək haqqı kartlarının emissiyası və onlara xidmətin göstərilməsi;
  • Müştəri-Bank sistemi vasitəsilə hesabların online rejimində idarəedilməsi və milli valyutada əməliyyatların aparılması.

Sənədlər

  • Dövlət orqanlarına və bələdiyyələrə cari hesabların açılması üçün:
    • Ərizə;
    • Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu;
    • Müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanının nizamnaməsinin (əsasnaməsinin) müvafiq aktla təsdiq olunduğuna dair sənəd;
    • Bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;
    • Bələdiyyələr üçün Dövlət Reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti (Şəhadətnamə);
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir);
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır);
    • İmza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
  • Hüquqi şəxslərə cari hesabın açılması üçün:
    • Ərizə;
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir);
    • Nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
    • Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti;
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxslər və fərdi sahibkarlar istisna olmaqla);
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır);
    • Səhmdların,təsisçilərin, rəhbər şəxsin, imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsindəgöstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi.
  • Hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə cari hesabın açılması üçün:
    • Ərizə;
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
    • Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
    • Filialın, nümayəndəliyin, hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənədi təqdim edir)
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxslərin filialları və nümayəndəlikləri üçün);
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır)
    • Səhmdarların, təsisçilərin, rəhbər şəxsin və imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi.
  • Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün:
    • Ərizə;
    • Müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq edilmiş surəti
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
    • Ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üşün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
    • İmza nümunəsi vərəqəsi (notariat qaydasında və ya bankın özü tərfindən təsdiq olunur)
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi.
  • Fərdi sahibkarlara cari hesabın açılması üçün:
    • Ərizə;
    • Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
    • İmza nümunəsi vərəqəsi
    • Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi
  • Fiziki şəxslərə cari hesabın açılması üçün:
    • Ərizə;
    • İmza nümunəsi vərəqəsi
    • Şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır,bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi.
  • Həmkarlar ittifaqının ilk təşkilatına cari hesabın açılması üçün:
    • Ərizə;
    • Üzv olduğu həmkarlar İttifaqı birliyinin notariat qaydasında təsdiq olunmuş nizamnaməsi
    • Həmkarlar İttifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu Həmkarlar İttifaqı birliyi tərəfindən təsdiq olunmuş qərar və ya qərardan çıxarış
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır)
    • Təsisçilərin və imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi
  • Bank və Bank olmayan kredit təşkilatlarının bank hesablarının açılması üçün:
    • Ərizə;
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
    • Nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti
    • Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat
    • Mərkəzi Bank tərəfindən verilmiş xüsusi razılığın (lisenziya) notariat qaydasında təsdiq edilmiş surəti
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır)
    • Səhmdarların, təsisçilərin və imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti
    • FATCA tələblərinə uyğun olaraq iştirakçı olmayan maliyyə institutundan özünü qiymətləndirmə anketi
  • Müvəqqəti cari hesabın açılması üçün:
    • Ərizə (ərizə təsisçi (təsisçilər) və ya müvəkkil edilən şəxs (şəxslər) tərəfindən imzalanır):
    • Hesabın açılması üçün təsisçinin müvəkkil etdiyi şəxs müraciət etdikdə, həmin şəxsə təsisçi tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə
    • Müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üşün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
    • İmza nümunəsi vərəqəsi (notariat qaydasında və ya bankın özü tərfindən təsdiq olunur)
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi
  • Cari subhesabın açılması üçün:
    • Ərizə;
    • Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri olmayan sığortaedənlər üçün)
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatın əsli)
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
    • İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi(möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır)
    • Əsas hüquqi şəxsin səhmdarlarının, təsisçilərinin və imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi
  • Sığorta girovu hesabının açılması üçün:
    • Ərizə;
    • Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
    • İmza və möhür nümunələri vərəqəsi(notariat qaydasında təsdiq edilir)
  • Zəmanət kassası hesabının açılması üçün:
    • Ərizə;
    • Xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
  • Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün:
    • Ərizə;
    • Xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti (xüsusi notariuslar üçün)
    • Notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu.
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)
  • Üçüncü şəxslərin xeyrinə bank əmanəti (depozit) hesabının açılması üçün:
    • Ərizə;
    • Hesabı açan hüquqi şəxs olduqda nizamnaməsinin və dövlət reyestrindən cıxarışın notariat qaydasında təsdiq edilmiş surətləri.
    • Xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (hüquqi şəxs üçün - onun adı və dövlət reyestrindən çıxarışın məlumatları, fiziki şəxs üçün –adı atasının adı və soyadı,şəxsiyyətini təsdiq edən sənədin məlumatları (təqdim olunan sənədlərin surətləri bankda saxlanılır)
    • Hesabı açan fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd (təqdim olunan sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərlə uyğunluğu yoxlanılır, surəti bankda saxlanılır və sənəd geri qaytarılır)
    • Xeyrinə depozit hesabı açılan şəxs hesab üzrə əmanətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə,ərizə ilə birlikdə bu Qaydalarda belə şəxslərə əmanət (depozit) hesabının açılması üçün tələb olunan sənədləri təqdim etməlidir
    • Hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq sürətdə özü istifadə etdikdə,həmin fiziki şəxs əlavə olaraq əmanət hesabının açılması üçün tələb olunan sənədləri, hüquqi şəxs isə imza və möhür nümunələri vərəqəsini və müvafiq orqan tərəfindən verilmiş şəhadətnamə-dublikat;
    • Hesab açan və xeyrinə hesab açılan hüquqi və fiziki şəxslərdən FATCA tələblərinə uyğun özünüqiymətləndirmə anketi.
  • Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün:
    • Ərizə;
    • Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
    • Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
    • fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (təqdim olunan sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, surəti bankda saxlanılır və sənəd geri qaytarılır)
    • fiziki şəxslərdən “Kapital Bank” ASC-də qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərə dair Qaydaları ilэ müəyyən edilmiş “Xarici dövlətin siyasi xadiminin sorğu vərəqəsi”
    • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda)
    • DSMF tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxsləri olan sığortaedənlər üçün);
    • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatin əsli (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla, xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar üçün)
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir-hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda)/ (notariat qaydasında və ya bankın özü tərəfindən təsdiq olunur- hesab fiziki şəxs üçün açıldıqda)Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq orqanının xüsusi icazəsinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti
    • Səhmdların,təsisçilərin, rəhbər şəxsin və imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd
    • Qeyri- rezident adından hesab açmaq və hesab üzrə sərəncam vermək hüququ olan səlahiyyətini təsdiq edən sənədlər(qanunvericiliyə uyğun leqallaşdırılmış və Azərbaycan dilinə tərcuməsi notariat qaydasında təsdiq edilmiş surəti)
    • FATCA tələblərinə uyğun özünü qiymətləndirmə anketi
  • Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün:
    • Ərizə;
    • Xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti)
    • İmza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq edilir)