Əmək haqqı layihələri

Ümumi məlumat

Kapital Bank – ödəniş kartları bazarında neçə illərdir ki qabaqcıl mövqeyə malikdir. Ödəniş kartları sahəsində yüksək səviyyəli təcrübə və peşəkarlığa malik olan Kapital bank Sizə “Əmək Haqqı” layihəsi çərçivəsində əməkdaşlarınızın əmək haqlarını Visa Electron və ya Debet MasterCard beynəlxalq ödəniş kartları vasitəsi ilə ödənilməsini təklif edir! Əmək Haqqı layihəsi çərçivəsində:

  • Hər bir təşkilata çevik tarif planı təqdim edilir
  • VISA İnternational və ya MasterCard Worldwide beynəlxalq ödəniş sistemlərinin müvafiq olaraq Visa Electron yaxud Debet MasterCard tipli çip ödəniş kartları təklif olunur
  • Təşkilatın hər bir əməkdaşının adına xüsusi kart hesabı açılır
  • İş günü ərzində periodik olaraq əmək haqqlarının hesablara avtomatlaşdırılmış qaydada köçürülməsi imkanı yaradılır


Üstünlüklər

  • Yüksək təhlükəsizliyə malik olan çip ilə təchiz olunmuş Visa Electron və ya Debet MasterCard tipli ödəniş kartları təklif olunur
  • Təşkilat və əməkdaşlara minimum sənədləşmə və minimum vaxt itkisi ilə müxtəlif növdə kreditlərin verilməsi
  • Dünyanın istənilən ölkəsində istənilən valyutada nağdlaşdırma və alış-veriş əməliyyatların aparılması imkanı yaradılır
  • Kapital Bankın geniş bankomat şəbəkəsində heç bir faiz tutulmadan nağd vəsait almaq imkanı
  • Təşkilat və işçilərin vaxt və sənədləşməsinə qənaət
  • İnternetdə alış-veriş etmək və müxtəlif xidmətləri ödəmək
  • Əmək haqqı mədaxil olunduqda əməkdaşı SMS vasitəsi ilə məlumatlandırmaq (“SMS info” xidməti)
  • Kapital Bankın “Mobile Banking”, “İnternet Banking”, “CardToCard” və digər geniş çeşidli xidmətlərdən yararlanmaq
  • Statistika və yoxlamalar məqsədi ilə bir sıra çıxarışlar almaq
  • Əmək haqqının hesablanması prosesinin mərkəzləşdirilməsi və əmək haqqı vəsaitlərini inkassasiya etmək zərurətindən yaxa qurtarmaq, inkassasiya xərclərinə qənaət etmək
  • Kapital Bankın əmək haqqı kart sahiblərinə xüsusi şərtlərlə əlverişli kreditlərin verilməsi


Qoşulma

Əmək haqqı layihəsinə qoşulmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə bilərsiniz.