Tarif paketləri

Kiçik, orta və iri sahibkarlıq subyektləri üçün bank xidmətləri və əməliyyatlar üzrə qənaətcil tarif paketlərini qarşılayın. Tarif paketi və ya paket əlavəsi üzrə birdəfəlik ödəniş etməklə il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərsiniz.
Bütün valyutalarda əməliyyatlar həyata keçirən müştərilər üçün.
Hər şey daxil
Təməl
300 AZN
Uğur
1100 AZN
İnkişaf
2000 AZN
Zirvə
3600 AZN
Hədəf
8000 AZN
Köçürmələr və ödənişlər
Milli valyutada adi və təcili köçürmələrpulsuzpulsuzpulsuzpulsuzpulsuz
Xarici valyutada bankdaxili köçürmələrpulsuzpulsuzpulsuzpulsuzpulsuz
Əməkhaqı kartına mədaxil60000 AZN həcmində pulsuz275 000 AZN həcmində pulsuz500 000 AZN həcmində pulsuz900 000 AZN həcmində pulsuz2000 000 AZN həcmində pulsuz
Respublikadan kənara köçürmələr0.30% 30-400 ($,€, £)0.25% 30-375 ($,€, £)0.25% 25-350 ($,€, £)0.20% 25-325 ($,€, £)0.20% 25-300 ($,€, £)
Kartlar
3 illik əməkhaqqı kartları50 ədəd100 ədəd150 ədəd200 ədəd250 ədəd
Sahibkar və ya biznes kartlarıPulsuzPulsuzPulsuzPulsuzPulsuz
Ödəniş kartlarının ünvana çatdırılması3 dəfə6 dəfə9 dəfə12 dəfəlimitsiz
Əlavə xidmətlər
POS terminal sifarişi və aylıq xidmət haqqıPulsuzPulsuzPulsuzPulsuzPulsuz
Milli valyutada nağd pul vəsaitinin Kapital Bank ATM-lərindən məxariciPulsuzPulsuzPulsuzPulsuzPulsuz
Nağd pul vəsaitlərinin istənilən cari hesaba mədaxil edilməsiPulsuzPulsuzPulsuzPulsuzPulsuz
Nağdsız valyutanın mübadiləsiPulsuzPulsuzPulsuzPulsuzPulsuz
Dövriyyə limiti
100 000 AZN ekvivalenti500 000 AZN ekvivalenti1000 000 AZN ekvivalenti2000 000 AZN ekvivalenti5000 000 AZN ekvivalenti
Sifariş edinSifariş edinSifariş edinSifariş edinSifariş edin
Əlavə qeydlər

Məsafədən Bankçılıq istifadə kanalı üçün nəzərdə tutulmuş Tarif Paketini əldə edən müştəri paketə daxil güzəştli və pulsuz xidmətləri (nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi xaric) yalnız filialdan/ şöbədən kənar, Bankın məsafədən bankçılıq kanalları ("Birbank Biznes" sistemi, “Birbank Biznes mobil tətbiqi” və Bankın ATM şəbəkəsi) vasitəsi ilə ala bilər.

Təməl, Uğur, İnkşaf, Zirvə, Hədəf tarif paketləri abunəçiləri "Avtoprolonqasiya" (tarif paketlərinin avtomatik uzadılması) xidmətindən yararlana bilərlər.

Maestro
Maestro
Fərdi ehtiyaclarınıza və tələblərinizə uyğunlaşdırılmış özəl tarif paketini yaradın.
Maestro
Digər müştərilər üçün onlayn müraciət
Tez-tez verilən suallar
Tarif Paketi nədir?
Birdəfəlik ödəniş etməklə əvvəlcədən müəyyən edilmiş dövriyyə limitinə qədər və / və ya müddət ərzində qüvvədə olan, bir neçə məhsul və/və ya xidməti özündə birləşdirən abunəlik məhsulu növüdür.
Paket Əlavəsi nədir?
Paket Əlavəsi aktiv Tarif Paketi olan müştərinin bəzi bank məhsul və/və ya xidmətlərinin həcminin artırılması və ya əlavə məhsul və/və ya xidmətlərdən yararlanması məqsədilə əldə etdiyi abunəlik məhsulu növüdür.
Maestro Tarif Paketi nədir?
Müştərinin seçdiyi dövriyyə və/ və ya say limitli əməliyyat və /və ya məhsullar üzrə formalaşan abunəlik növüdür.
Tarif Təklifi nədir?
Bank tərəfindən müştəriyə təklif olunan abunəlik növlərindən- Tarif Paketi / Paket Əlavəsi / Maestro Tarif Paketi biridir.
Tarif Təklifini necə əldə etmək olar?
Birbank Biznesə daxil olub, “Tariflər” menyusunun “Paketlər və abunəliklər” bölməsində Bankın təklif etdiyi xidmət paketləri ilə ətraflı tanış olub, şirkətin fəaliyyət növü və fəaliyyət həcminə uyğun olan Tarif Təklifini əldə etmək mümkündür.
Tarif Təkliflərini kimlər əldə edə bilər?
Kapital Bank-da cari hesabı olan hüquqi şəxs və fərdi sahibkarlar Birbank Biznes satış kanalı vasitəsilə Tarif Paketlərini əldə edə bilərlər.
Kapital Bankda cari hesabı olmayan Müştərilər Tarif Təklifərini necə əldə edə bilərlər?
Onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib,Tarif Təklifləri əldə edə bilərsiniz. Onlayn hesabın açılması linki: https://onb-cb.kapitalbank.az
Tarif Təkliflərini hissə-hissə ödəniş etməklə əldə etmək mümkündür?
Xeyr, Tarif Təkliflərini yalniz birdəfəlik, tam ödəniş etməklə əldə etmək mümkündür.
Seçilən Tarif Təkliflərinə daxil olunmuş imtiyazlardan nə vaxtdan etibarən yararlanmaq mümkündür?
Tarif Təkliflərinin dəyəri cari hesabdan silindiyi andan avtomatik abunəlik aktivləşdirilir. Növbəti aparılan əməliyyatlar güzəştli tariflər ilə hesablanır.
Tarif Təkliflərinin aktiv olma müddəti nə qədərdir?
Tarif Təklifi müqavilə bağlandığı andan aktivləşir və dövriyyə və say limitinin istifadəsindən aslı olaraq maksimum 1 il müddətində qüvvədə qalır.
Tarif Təklifinin bitməsi nə vaxt baş verir?
Abunəliyin bitməsi iki halda baş verir: - Əvvəlcədən müəyyən olunmuş müddətin başa çatması ilə - Əvvəlcədən müəyyən olunmuş dövriyyə/say limitinin bitməsi ilə - Müştərinin müraciətinə əsasən.
Tarif Təkliflərinin müddətinin bitməsi necə baş verir?
Tarif Təkliflərinin maksimal istifadə müddəti 1 il nəzərdə tutulmuşdur. Tarif Təkliflərinin rəsmiləşdirildiyi zaman müddətin başlama tarixi hesab olunur. Paketin müddəti bitdikdən sonra əməliyyatların xidmət haqları müştəriyə təqdim olunmuş fərdi və ya Bankın standart tarifləri üzrə hesablanır.
Tarif Təkliflərinin dövriyyə limitinin bitməsi necə baş verir?
Tarif Təkliflərinin rəsmiləşdirildiyi zaman Bank tərəfindən paket növlərinə uyğun olaraq dövriyyə və say limiti seçimi Müştəriyə təklif olunur. Paket rəsmiləşdirildikdən sonra dövriyyənin hesablanmasında iştirak edən əməliyyatlardan hər hansi biri həyata keçirildikdə, Müştəriyə təqdim olunmuş dövriyyə limitindən istifadə olunmuş hesab olunur. Qeyd olunan dövriyyə bitdiyi zaman, paket deaktiv olunur.
İstifadə edilmiş dövriyyə haqqında məlumatı hardan əldə etmək mümkündür?
Birbank Biznesdə şəxsi kabinetə daxil olub, “Tariflər” menyusunun “Paketlər və Abunəliklər” bölməsində istifadə edilmiş dövriyyə haqqında məlumat ala bilərisiz.
Aktiv Tarif Paketi abunəlikliyi olduğu halda yeni bir Tarif Paketi əldə etmək mümkündürmü?
Eyni anda iki və daha çox aktiv Tarif Paketinin olması mümkün deyil. Yeni bir Tarif Paketi alındığı zaman öncəki Tarif Paketi avtomatik deaktiv edilir.
Aktiv Maestro Tarif Paketi abunəlikliyi olduğu halda yeni eyni növ Maestro Tarif Paketi əldə etmək mümkündür?
Bir anda iki eyni növ (tərkibində eyni məhsul/xidməti əhatə edən) Maestro Tarif Paketi abunəliyinin olması mümkün deyil. Yeni Maestro Tarif Paketi abunəliyi alındığı zaman öncəki avtomatik deaktiv edilir.
Eyni anda neçə aktiv Maestro Tarif Paketinin istifadə mümkündür?
Eyni anda eyni növdən olmayan bir neçə Maestro Tarif Paketi istifadə edilə bilər.
Maestro Tarif Paket abunəliyinin daxilində 1 növ əməliyyatın dövriyyə və say limiti bitdiyi halda, abunəlik deaktiv olunur?
Maestro tarif paketinin daxilindəki hər bir əməliyyat üzrə dövriyyə və say limiti ayrıca hesablanır. Maestro tarif paketinin daxilindəki hər hansı bir əməliyyatın dövriyyəsi bitdiyi halda, paketin daxilindəki digər əməliyyatın istifadə dövriyyəsi aktiv halda davam edir.
Tarif Paketi abunəçisi Maestro Tarif Paketi əldə edə bilər?
Tarif Paketi abunəçisi Maestro Tarif Paketi əldə etdiyi halda, Aktiv paket abunəliyi deaktiv olunur.
Maestro Tarif Paketi abunəçisi Tarif Paketi əldə edə bilər?
Maestro Tarif Paketi abunəliyi olduğu halda, Tarif Paketini əldə etdiyi anda, Maestro tarif paketi deaktiv olunur
Aktiv Tarif Təklifi abunəliklərindən imtina zamanı ödənilmiş vəsait geri qaytarılırmı?
Xeyr, Tarif Təklifləri üzrə ödənilmiş vəsait müştəriyə geri qaytarılmır.
Dövriyyə limiti nədir?
Tarif Təkliflərinə daxil olan hər hansı bir əməliyyat üzrə və ya cəmi əməliyyatlar üzrə həyata keçirilən əməliyyatların cəmi məbləğlərinin yuxarı həddidir.
Dövriyyə və say limitlərinin hesablanmasına hansı əməliyyat növləri daxildir?
Dövriyyə və ya say limitini azaldan əməliyyatlar: - Tarif Təklifinin daxilində pulsuz qeyd olunan əməliyyatların həyata keçirilməsi zamanı müştəri Tarif Təklifinin dövriyyə və ya say limitindən istifadə etmiş olur.
Dövriyyə limitlərinin hesablanmasına hansı əməliyyat növləri daxil deyil?
- Bankın standart tarif cədvəlləri ilə pulsuz həyata keçirilməsi nəzərdə tutulmuş əməliyyatlar - Filialdaxili köçürmələr - Tarif Təklifinin daxilində pulsuz qeyd olunmayan, komissiyanın ödənilməsi nəzərdə tutulan əməliyyatlar - Cari hesaba nağd pul vasaitlərinin mədaxil edilməsi - Nağdsız valyuta mübadiləsi (Maestro Tarif Paketi istisna olmaqla).
Dövriyyə limitləri hesablanarkən müştərinin öz hesabları arasındakı köçürmələr nəzərə alınırmı?
Dövriyyə limitləri hesablanarkən müştərinin Bankdakı mövcud hesabları arasında aparılan köçürmələr nəzərə alınmır.
Tarif təklifi daxilindəki hər hansi bir əməliyyata Bank tərəfindən fərdi güzəşt verildiyi halda, aparılan əməliyyat hansı komissiya ilə hesablanacaq?
Tarif təklifi tərkibindəki əməliyyatlara Bank tərəfindən təyin olunmuş fərdi tariflər, Tarif təklifi abunəliyi müddətində nəzərə alınmır.
Aktiv Tarif Paketindən necə imtina etmək olar?
Birbank Biznes-də şəxsi kabinetə daxil olub, "Tariflər" --> "Paketlər və Abunəliklər" bölməsinə keçid edərək, aktiv statuslu tarif paketinin üzərində olan "düymə" vasitəsilə "Deaktiv et" funkionallığından istifadə edilməlidir.
Paket Əlavəsi və Maestro tarif paketindən necə imtina etmək olar?
Banka rəsmi müraciət əsasında müştəri aktiv Paket Əlavəsindən və Maestro tarif paketindən imtina edə bilər.