Onlayn kassa

Ümumi məlumat

Onlayn kassa yeni nəsil kassa cihazıdır. Cihazları əldə etməklə korporativ müştərilər və fərdi sahibkarlar ənənəvi kassalardan fərqli olaraq, daha geniş istifadə imkanlarından yararlana bilərlər. Yeni nəsil kassa aparatı özündə kassa aparatının funksiyaları ilə yanaşı, POS terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri birləşdirir.

Əsas üstünlüklər

  • Özündə POS terminal, kassa aparatı, anbar uçot sistemi və s. fəaliyyət imkanları yaradan çox funksionallığı ilə seçilir;
  • Sadə və kompakt istifadə imkanı ilə seçilir;
  • Kompüter və ya smartfon ilə məsafədən idarə edilə bilir;
  • Ödənişsiz əldə olunmaq imkanı mövcuddur;

Özəlliklər

Zəngin funksionallığı ilə yanaşı, yeni nəsil smart kassalar sadə, rahat istifadəsi və özəllikləri ilə də diqqəti cəlb edir. İstifadəsində Kapital Bankın təklif etdiyi yeni nəsil kassaları seçən sahibkarlar və korporativ müştərilər sadalanan funkisonallıq və özəlliklər sayəsində əlavə aparatların, qurğuların istifadəsinə ehtiyac duymayacaq və əlavə vaxt itkisinin qarşısını almış olacaqlar.

  • Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə məsafədən idarə olunma
  • Kart olmadan smartfonlar vasitəsilə təmassız ödənişlərin qəbulu
  • Ekranda müştərinin imza atma və imzanın çekdə əks olunması imkanı
  • Taksitlə (aylara bölünməklə ödəmə) ödənişlərin qəbulu
  • Cashback, millərin və BirBank ürəklərin dərhal hesablanılması
  • BarCode və QR Code-ların skan olunması
  • Yaddaş kartının dəstəklənməsi
  • Ekranda video rolikin əks olunması
  • Bluetooth dəstəklənmə
  • Foto və video kamera
  • Printer funksiyası
  • POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları
  • Wifi və GPRS kanalları ilə şəbəkəyə qoşulma imkanları
  • Rəngli və touchscreen ekran
  • Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanı

Fəaliyyət sahələri

  • Kiçik və orta biznes sahiblərinə
  • Pərakəndə satış nöqtələrinə (Barkod üzrə satış, məhsulların çəki ilə satışı)
  • Kafe və Restoranlara (Yeməklərin çəki ilə satılması, Endirim kartlarının tətbiq olunması)
  • Xidmət sahələrinə (Endirim kartlarının tətbiq olunması, Manual endirim imkanı)
  • Çatdırılma xidmətlərinə (Öncədən verilən sifarişlərlə işləmə imkanı, Avtonom rejimdə işləmə müddəti, Hava şəraitlərindən asılı olmayaraq işləmə imkanı)

Qoşulma şərtləri

Aşağıdakı şərtlərdən hər hansı birinə cavab verən şirkətlər yeni nəsil kassa aparatını ödənişsiz şəkildə əldə edə bilərlər.

  • Müştərinin son 3 ay üzrə orta aylıq rəsmi dövriyyəsi 50 000 AZN – dən yuxarı olmalıdır.
  • Müştəri bankın “Uğur”, “İnkişaf” və ya “Zirvə” tarif paketlərinin birinə qoşulu olmalıdır.
  • Müştərinin POS –terminal vasitəsi ilə aylıq dövriyyəsi minimum 1000 AZN olmalıdır

Sifariş etmək

Avadanlığı sifariş etmək Kapital Bank filiallarına, 196 – Məlumat Mərkəzinə, (+99450) 255-01-96 qaynar xəttinə, müştəri menecerlərinə müraciət edə və ya aşağıdakı bölməyə keçid edə bilərsiniz.

Onlayn-kassa sifarişi