Ticarət əməliyyatlarının maliyyələşdirilməsi

Faktorinq

Faktorinq - Hüquqi şəxs və fərdi sahibkarların Alıcılarına qarşı olan pul tələbi hüququnun Faktora (Banka) güzəşt edilməsi müqabilində, dövriyyə vəsaitlərinin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.

  1. Satıcı ödəniş üzrə möhlət şərti ilə Alıcıya mal göndərir
  2. Satıcı pul tələbini Banka güzəştə gedir və malın göndərilməsini təsdiq edən sənədlər toplusunu Banka ötürür
  3. Bank Alıcıya bildiriş göndərir və malın dəyərinin 90%-ə qədərini satıcıya ödəyir
  4. Möhlət dövrü bitdikdə Alıcı Banka ödəniş edir

 

Üstünlüklər

Satıcı (Təchizatçı) üçün

  • Alıcının ödəniş etməsini gözləmədən, Biznesinizi davam etdirmək üçün lazım olan vəsaitlərə sürətli çıxış imkanı
  • Debitor borcun 90%-nə qədərini dərhal əldə etmək imkanı
  • Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
  • Dövriyyənin sürətləndirilməsi
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
  • Mənfəətliliyin artırılması

Alıcı üçün

  • Ödənişi daha sonra etmək imkanı
  • Əlavə risk və xərc olmadan satınalmaları artırmaq imkanı

 

Faktorinq məhsulunun şərtləri

Göstəricilər Şərtlər
Maliyyələşdirilmə məbləği İnvoysun 90%-nə qədər
Faiz 13%-dən başlayaraq
Limit 12 ay
Müddət 90 günə qədər
Təminat Girov tələb olunmur
Komissiya 0.5%

Satışın maliyyələşdirilməsi

Satışın maliyyələşdirilməsi - Təchizatçıların Alıcılarına qarşı olan pul tələblərinin və invoysların Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.

  1. Satıcı ödəniş üzrə möhlət şərti ilə Alıcıya mal göndərir
  2. Satıcı pul tələbini Banka güzəştə gedir və malın göndərilməsini təsdiq edən sənədlər toplusunu Banka ötürür
  3. Bank malın dəyərinin 90%-ə qədərini satıcıya ödəyir
  4. Möhlət dövrü bitdikdə Alıcı malın dəyərini Satıcıya ödəyir

 

Üstünlüklər

  • Alıcının ödəniş etməsini gözləmədən, Biznesinizi davam etdirmək üçün lazım olan vəsaitlərə sürətli çıxış imkanı
  • Debitor borcun 90%-nə qədərini dərhal əldə etmək imkanı
  • Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
  • Dövriyyənin sürətləndirilməsi
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
  • Mənfəətliliyin artırılması

 

Satışın maliyyələşdirilməsi məhsulunun şərtləri

Göstəricilər Şərtlər
Maliyyələşdirilmə məbləği İnvoysun 90%-nə qədər
Faiz 14%-dən başlayaraq
Limit 12 ay
Müddət 90 günə qədər
Təminat Girov tələb olunmur
Komissiya 1%

Təchizat öncəsi maliyyələşdirmə

Təchizat öncəsi maliyyələşdirmə - gələcəkdə Təchizatçıda Alıcıya qarşı yaranacaq pul tələbini nəzərə alaraq, müqavilə və ya alış sifarişi əsasında təchiz ediləcək malların və işlərin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.

  1. Alıcı malları və ya xidmətləri təchizatçı ilə razılaşdırdığı şərtlər əsasında sifariş verir
  2. Təchizatçı müqavilə və sifarişi təsdiq edən sənədlərlə Banka müraciət edir
  3. Bank alış sifarişinin 80%-ni Təchizatçının hesabına mədaxil edir
  4. Alıcı ödənişi həyata keçirir
  5. Alıcı göndərilən malın dəyərinin 100%-ni Təchizatçının hesabına köçürür.

 

Üstünlüklər

  • Alıcıdan avans ödənişi tələb etməyə ehtiyacın qalmaması
  • Dövriyyə vəsaitlərini cari təxirəsalınmaz xərclərə yönəltmə imkanı
  • Əvvəlcədən əldə edilmiş vəsaitlərlə daha rəqabət qabiliyyətli məhsullar təklif etmək, iş görmək və ya xidmət göstərmək imkanı
  • Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı
  • Mənfəətliliyin artırılması

 

Satışın maliyyələşdirilməsi məhsulunun şərtləri

Göstəricilər Şərtlər
Maliyyələşdirilmə məbləği Alış sifarişinin və ya müqavilənin 80%-nə qədər
Faiz AZN 14%-dən, USD 8%-dən başlayaraq
Limit 12 ay
Təminat Girovsuz
Komissiya 1%

Müraciət etmək

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarından yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları üzrə onlayn müraciət

Faktorinq kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru