Müştəri Bank

Ümumi məlumat

“Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradır və ödənişlərin icra zamanını minimuma endirir. “Müştəri Bank” sistemi aşağıda göstərilən əməliyyatların aparılmasını təmin edir:

  • Cari hesabların müşahidəsi;
  • Hesablar üzrə hesabdan çıxarışların hazırlanması;
  • Ödəniş tapşırıqlarının hazırlanması;
  • Ödəniş tapşırıqlarının avtorizasiya edilməsi (təsdiq edilməsi);
  • Hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə olunması;
  • Müştərinin kredit və depozit hesabları üzrə məlumatın alınması;
  • Valyuta məzənnəsi haqqında məlumatın alınması

 

Üstünlüklər

  • Bank əməliyyat gününün sonunadək göndərilən sənədlərin gün ərzində icra olunmasına zəmanət verir
  • “Müştəri Bank” sistemi sənədlərin doldurulmasında səhvlərin edilməsinin qarşısını almağa imkan verir: ofisinizdə sənəd doldurularkən, sistem səhvi təyin edir və düzgün variantı təklif edir
  • İstənilən səviyyədə olan istifadəçi üçün sadə və asan interfeysə malikdir
  • “Müştəri Bank” xidmətinin əlavə proqram təminatına ehtiyacı yoxdur. Kömpüterin, internetə girişin və standard internet brauzerin olması kifayətdir

 

Qoşulma

Kapital Bank-da xidmət olunan hər bir hüquqi şəxs və sahibkar fiziki şəxs “Müştəri Bank” xidmətinə qoşula bilər. “Müştəri Bank” xidmətinin istifadəçisi olmaq üçün Siz bankın istənilən filialına müraciət edə bilərsiniz.