Biznes xidmətlər

Elektron ticarət xidməti

Elektron ticarət müasir dövrdə ticarətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Müasir tələblərə cavab verən sayta və ya mobil tətbiqlərə malik olmaqla elektron ticarət sahəsində üstünlüklər əldə edə bilərsiniz. Bu xidmətə qoşulmaq üçün saytda ödəniş imkanlarını təmin etmək lazımdır. Məhz bu imkanları sizə Kapital Bank təqdim edir. Siz Kapital Bankın e-commerce xidmətindən istifadə etməklə öz məhsul və xidmətlərinizi rahat üsulla geniş alıcı kütləsinə təqdim edə bilərsiniz.

Üstünlüklər

Alıcılar üçün daha rahat və təhlükəsiz alış-veriş imkanlarının yaradılması;

Müştəri və məhsul arasında məsafə problemlərinin aradan qaldırılması;

Daşınma, icarə, işçi və s. xərclərin azaldılması;

Nağdsız dövriyyənin artması ilə nağd əməliyyat xərclərindən və risklərindən azad olma;

Xidmətlərin fasiləsizliyini təmin edə bilmək;

Biznesin genişləndirilməsi üçün yeni imkanların əldə olunması.

Özəlliklər

Kapital Bank e-commerce xidməti Visa International və MasterCard International beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik üzrə bütün tələblərinə cavab verir. Bankın təqdim etdiyi e-commerce xidməti aşağıdakı özəlliklərə malikdir:

Sərfəli şərtlərlə və rahat bir şəkildə qoşulma imkanı;

Xidmətin aktivləşdirilməsi üçün ilkin texniki dəstəyin göstərilməsi;

“3D Security” vasitəsilə əməliyyatların təhlükəsizliyinin təmin edilməsi;

Çatdırılma xidməti üçün daşına bilən (mobil) POS terminalla təmin olunma;

Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə hesablara və əməliyyatlara nəzarət edə bilmə imkanı;

Kapital Bankın layihələrində (loyallıq, taksit və s.) iştirak edərək geniş alıcı seqmentinə çıxış imkanları;

Kapital Bankın təqdim etdiyi kampaniya, xidmətlərdən yararlanaraq biznesin genişləndirilməsi imkanı;

İmkanlar

Xidmətə qoşulma – pulsuz

Aylıq/İllik xidmət haqqı – pulsuz

Komissiyalar dövriyyədən asılı olaraq təyin olunur

Texniki dəstək göstərilməsi – pulsuz

Müştəri Bank (İnternet bankçılıq) – pulsuz

Customer support

Elektron ticarətə qoşulmaq üçün elə indi müraciət edin

Təşkilati-hüquqi forma

not_error
not_error
not_error
not_error
none