Müştəri bank

Ümumi məlumat

“Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradır və ödənişlərin icra zamanını minimuma endirir.

Bilmək məsləhətdir

  • Müştərinin “Müştəri Bank” sistemində əməliyyat aparması üçün ASAN imzanın və ya “Google Authenticator” mobil tətbiqi vasitəsinin olması zəruridir.
  • ASAN imza və ya “Google Authenticator” mobil tətbiqi vasitəsi olmadığı halda müştəri yalnız hesablara baxış funksiyasından istifadə edə bilər.

İmkanlar

Kapital Bankın “Müştəri Bank” sisteminin imkanları:

  • Onlayn rejimdə hesablara nəzarət;
  • Nağdsız köçürmələr:
    1. Filialdaxili köçürmələr
    2. Filiallararası köçürmələr
    3. Respublikadaxili köçürmələr
  • Konvertasiya (nağdsız mübadilə) əməliyyatları;
  • Çıxarışlar:
    1. Cari hesabdan çıxarışlar
    2. POS Terminal çıxarışları
  • Əmək haqqının yüklənməsi;
  • Müştərinin öhdəlikləri (kreditləri) haqqında məlumat;
  • Müştərinin əmanətləri (depozitləri) haqqında məlumat;
  • Müştərinin sərəncamları haqqında məlumat;

Özəlliklər

Kapital Bankın “Müştəri Bank” sisteminin özəllikləri:

  • Asan və ödənişsiz qoşulma;
  • “Müştəri Bank” xidmətinin əlavə proqram təminatına ehtiyacı yoxdur. Kömpüterin, internetə girişin və standard internet brauzerin olması kifayətdir;
  • Sistemə dünyanın istənilən yerindən internet vasitəsilə daxil olmaq mümkündür;
  • İllik heç bir xidmət haqqının olmaması;
  • Xüsusi professional komanda tərəfindən daimi məsləhət və yardım xidməti;
  • "Müştəri Bank" sistemi yüksək səviyyədə müdafiə olunur, ötürülən bütün məlumatlar şifrələnir, istifadəçilərin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir.

Mərhələlər

Müştəri-Banka qoşulma mərhələləri:

    1. Müvafiq sənədlər imzalandıqdan sonra filiala təqdim edilir,
    2. Bankın müvafiq strukturları tərəfindən yoxlanıldıqdan sonra "Müştəri Bank" sisteminə qoşulmaq üçün Login və Şifrə müştərinin ərizə formasında qeyd etdiyi email-a göndərilir;
    3. Bank tərəfindən təqdim olunmuş Müştəri kodu, İstifadəçi şifrəsi və ASAN İMZA-dan istifadə etməklə sistemə daxil olursunuz və əməliyyatlarınızı icra edirsiniz.

Tələb olunan sənədlər:

Qoşulmaq

"Müştəri Banka" qoşulmaq üçün
"Müştəri Banka" qoşulmaq və məsafədən bankçılığın üstünlüklərindən yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.

Müştəri-Banka qoşulmaq üçün onlayn sifariş

 

 "Müştəri banka" daxil ol:

 

Bankda hesabınız yoxdur? O halda

Şəhadətnamə-dublikat göndər

Hesabın açılması üçün onlayn sifariş

Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.