Biznes depoziti

Biznes depozitini necə əldə edə bilərəm?

Siyahıya qayıt

Ümumi məlumat

Kapital Bank hüquqi şəxslərə sərbəst vəsaitlərini depozit hesablarda yerləşdirmək üçün öz xidmətlərini təklif edir. Bank əmanətlərin məxfiliyini və toxunulmazlığını təmin edir. Depozit müqaviləsinə uyğun olaraq, Bank xarici və yerli valyutada yerləşdirmiş depozitlərə faizlər hesablayır.

Bilmək məsləhətdir

  • Depozitin məbləği - məhdudiyyət yoxdur
  • Depozitin müddəti - 12, 24 və ya 36 ay
  • Maksimal illik faiz dərəcəsi - 6%

Hesaba əlavə vəsaitlərin qəbul edilməsi, əmanətin və faizin hissə-hissə ödənilməsi, əmanət üzrə hesablanmış illik faizin məbləğinə faiz ödənilməsi (kapitalizasiya) razılaşmaya əsasən müəyyən olunur.

Faiz dərəcələri

Korporativ müştərilərə müvafiq xidmətin göstərilməsi zamanı müştərinin bəyan etdiyi məbləğ və müddətə görə faiz dərəcəsi Kapital bank tərəfindən individual müəyyən olunur.

Sənədlər

  • Qeydiyyat haqqında çıxarış
  • Nizamnamə
  • Şəhadətnamə dublikat (Depozit hesabına)
  • İmza möhür nümunəsi
  • Ərizə