Müştəri Menecmenti Departamentinin Seqmentlərin İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi və Baş Mütəxəssisi
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri Müştəri Menecmenti Deparatmentinin Seqmentlərin İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi və Baş Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştəri Bazasının idarə edilməsi;
- Layihələrin idarə edilməsi;
- Bazar araşdırmalarının təşkili;
- Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi.
Tələblər
- İqtisadi və ya marketinq sahəsində ali təhsil;
- Yüksək analitik düşünmə qabiliyyəti;
- İri miqyaslı layihələrin idarə edilməsi bacarığı;
- Bazar araşdırmasının aparılması bacarığı;
- Məsuliyyətlilik, operativ və dəqiq qərarvermə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office proqramları xüsusilə MS Excel üzrə yüksək biliklər.