Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarə edilməsinə dair tənzimləyici nəzarət çərçivəsinin yaradılması və təkmilləşdirilməsi;
  • Risk Hesabatlıq sisteminin təkmilləşdirilməsinə və risk menecment alətlərindən istifadə edərək portfelin təhlil edilməsi;
  • Problemli kreditlərin təqibi sisteminin qurulmasını (model, strategiya, mükafatlandırma sistemi və yığım alətlərinin yaradılmasını), optimallaşdırılmasını və nəzarəti;
  • Likvidlik, bazar və digər (kapital və s) risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi;
  • Risk limitlərinin, o cümlədən bankın Risk İştahasının hazırlanmasına dair təkliflər və risk limitlərinə riayət olunmasına nəzarət;
  • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsi;
  • Risklərin idarə edilməsi, eləcə də bankın ümumi vəziyyəti ilə bağlı hesabatlığın hazırlanmasını və nəzarəti;
  • İFRS standartlarına uyğun olaraq ehtiyatların yaradılması;
  • İstehlak kreditləri üzrə anderraytinq skorinq modellərin yaradılması, təkmilləşdirilməsi, kalibrasiyası

Tələblər

  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili;
  • Bank sektorunda azı 5 il, risk sahəsində azı 3 il iş təcrübəsi;
  • Komputer  biliyi: Office proqramlarından sərbəst istifadə;
  • Xarici dil bilikləri: İngilis, Rus yaxşı səviyyədə bilmək(əlavə xarici dil bilikləri alqışlanır) ;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Digər: Liderlik, yüksək səviyyədə kommunikasiya bacarığı, analitik təhlil edə bilmə qabiliyyəti;
  • Yüksək səviyyədə idarəetmə, işçiləri motivasiya etmə və təşkilatçılıq qabiliyyəti
  • Qanunvericilik, sənədləşmə biliyi: Bankdaxili qaydaları, Bank qanunvericiliyini mükəmməl bilmək, Mülki məcəllə və Vergi məcəlləsində bank fəaliyyəti ilə bağlı maddələrini bilmək.
  • Yüksək təzyiq, stress altında işləmək bacarığı

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.