Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat  risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
  • İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;

Tələblər

  • Vətəndaş qüsursuzluğuna malik olma.
  • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
  • Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il,  Funksiya üzrə 1il
  • Kompyuter  biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
  • Digər tələblər: Texniki –analitik biliklər
  • Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq

 

CV-lərinizi, mövzu hissəsində “ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.