Risklərin İdarə Edilməsi Departamenti ERM və Təhlil Şöbəsində Analitik
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM və Təhlil Şöbəsində Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
- Anderraytinq və kollekşn modellərinin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak etmək;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq ehtiyyatların yaradılmasında iştirak etmək;
- Mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.
Tələblər
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Bank əməliyyatları sahəsində 1 illik iş təcrübəsi.