Risklərin İdarə Edilməsi Departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Rəisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, minimallaşdırılması və qarşısının alınması üzrə (bankın aidiyyəti struktur bölmələri ilə birgə) işin təşkil edilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarət edilməsi;
  • ERM çərçivəsində audit və risk üçün risk səviyyəsinin ölçülməsi və qiymətləndirilməsini standartlaşdırmaq;
  • Bankın risk kataloqunun yaradılması, hər bir struktur bölmənin öz risklərini tanıması və idarə edilməsinin koordinasiya edilməsi, risk özünüqiymətləndirmənin (RCSA) və İncident Management System vasitəsilə əməliyyat riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarətin təşkil edilməsi;
  • Effektiv İncident Management System-in yaradılması, daxili və kənar insidentlər, itkilər, sistemdə dayanmalar və s. haqqında bütün struktur bölmələrdən məlumatların toplanılması və onların səbəblərinin araşdırılması, əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarətin təşkil edilməsi;
  • Əməliyyat risklərinin aşkarlanması və monitorinqi məqsədilə hesabatların daima təkmilləşdirilməsi, yeni hesabatların yaradılmasınin təşkili və nəzarət edilməsi;
  • Əməliyyat risklərinin ilkin xəbərdarlıq sisteminin (Early Warning System) - əsas risk indikatorlarının (KRİ) monitorinqinin təşkil edilməsi, kənar itki bazasının analiz edilməsi, risklərinin ssenari-analizi və stress-testlərin aparılması;
  • Bankda yaradılan yeni məhsul və xidmətlərin təhlilini aparılması, təkliflərin verilməsi və fəaliyyət növləri üzrə risk limitlərin müəyyənləşməsi üzrə təkliflər verilməsi;
  • Şöbənin fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və ümumi nəzarətin həyata keçirilməsi, şöbənin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına dəstək göstərilməsi.

Tələblər

  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili;
  • Təcrübə: Zəruri minimum iş təcrübəsi 5 il, bank sektorunda 4 il,  Funksiya üzrə 2 il;
  • Kompyuter  biliyi: Office proqramlarından sərbəst istifadə;
  • Xarici dil bilikləri: İngilis, Rus yaxşı səviyyədə bilmək(əlavə xarici dil bilikləri alqışlanır) 
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Digər: Liderlik və kommunikasiya bacarığı, analitik təhlil edə bilmə qabiliyyəti;
  • Qanunvericilik, sənədləşmə biliyi: Bankdaxili qaydaları, Bank qanunvericiliyini mükəmməl bilmək, Mülki məcəllə və Vergi məcəlləsində bank fəaliyyəti ilə bağlı maddələrini bilmək.

 

CV-lərinizi, mövzu hissəsində “Risklərin İdarə Edilməsi Departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Rəisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.