Risklərin İdarə Edilməsi Departamentinin Təhlil şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi və baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Təhlil şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
  • Modellər üçün məlumatların əldə olunması və emal olunması;
  • Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
  • Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
  • Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
  • Modellər üzrə hesabatların hazırlanması;

Tələblər

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Statistik proqramlaşma dillərində (Python, R, SAS) işləmə qabiliyyəti;
  • Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların əldə olunması (data mining) ilə bağlı anlayışın olması;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı (SQL, NoSQL, Hadoop);
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

 

CV-lərinizi, mövzu hissəsində “Təhlil şöbəsinə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.