Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis, baş mütəxəssis

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
  • Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
  • Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
  • Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər 

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Qiymətli kağızlar haqqında yüksək bilik;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar

  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; 
  • Əla səviyyədə praktiki Excel bacarıqları;
  • Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
  • İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
  • Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis, baş mütəxəssis”  qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.