Proqramlaşdırma Şöbəsində Mobil və İnternet Bankçılığı Məhsullarının İnkişafı üzrə Mütəxəssis
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma Şöbəsində Mobil və İnternet Bank Məhsullarının İnkişafı üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Mobil tətbiqetmələrin hazırlanması və dəstəklənməsi;
- Verilən texniki tapşırıqların mobil tətbiqetmələrə adaptasiya edilməsi;
- Git və SVN ilə işləmə;
- Web tətbiqetmələrin hazırlanması və dəstəklənməsi.
Tələblər
- İT sahəsində ali təhsil;
- Sahə üzrə münimum 2-3 illik iş təcrübəsi;
- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı;
- Komanda tərkibində işləmə qabiliyyəti;
- Swift 3+ (Objective-C bilikləri arzuolunandır);
- MVC Design Pattern, Cocoapods, GoogleMapsAPI, PureLayout, PromiseKit, TRON, Alamofire, AlamofireImage, SwiftyJSON üzrə biliklər;
- HTML5 üzrə biliklər;
- CSS/CSS3 üzrə biliklər (SASS ilə işləmə bacarığı arzuolunandır);
- Javascript üzrə biliklər (Angular 1.x və Angular 2 framework biliklərinin olması mütləqdir);
- Angular material design biliklərinin olması vacibdir;
- Javascript kitabxanalarından jQuery, Bootstrap, moment, Mustache və ya Handlebars biliklərinin olması arzuolunandır;
- Java 8, RxAndroid, Dagger 2, Retrofit 2, GreenDao 3, SQLite, ButterKnife, Glide, Play Services, MVP Design Pattern üzrə biliklər.