Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil Bölməsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və Dəstək Şöbəsinin Təhlil bölməsində Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Təqib modellərinin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak;
  • Təqib strategiyalarına dair təkliflər verilməsində və bu strategiyaların düzgün tətbiqinə nəzarətin həyata keçirilməsində iştirak;
  • Gündəlik, aylıq, rüblük və illik hesabatların tələb olunan vaxt ərzində təqdim olunması;
  • Fəaliyyətin optimallaşdırılması istiqamətində yaradılmış tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək;
  • Fəaliyyətin təhlili ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Maliyyə, kompüter elmləri, tətbiqi riyaziyyat və ya iqtisadi sahədə ali təhsil;
  • Statistika və proqramlaşdırma üzrə biliklər (SQL üzrə praktiki biliklərin olması arzuolunandır);
  • MS Excel biliklərinin olması tələb olunur; 
  • Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə qabliyyəti;
  • Vaxtdan səmərəli istifadə qabiliyyəti;
  • Məsuliyyətli, detallara qarşı diqqətli;
  • Bank sahəsində ən azı 1 illik iş təcrübəsi tələb olunur.
  • Əla səviyyədə Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.



Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru